Artıq 27 ildir ki , Azərbaycan xalqı öz qələbə qazanacağı günü böyük inam hissi ilə gözləyir. Nəhayət hamımızın gözlədiyi gün gəlib çatdı. 27 sentyabrdan etibarən mənfur xislətli düşmənə qarşı mübarizəyə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi " Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı müqəddəs vətən torpağı uğrunda savaşının əsas ideyasına çevrildi. Bu şüar əsl qələbəyə səsləyən rəhbər çağırışı oldu. İgid oğullarımız haqq davalarını davam etdirib , cəsarətlə irərləməyə başladılar. Analarımızın , bacılarımızın duaları və igidlərimizin şücayəti sayəsində biz yeni qələbələr , parlaq zəfərlər qazandıq. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlik sözün əsl mənasında alqışlanmağa laiq idi. Belə ki , Azərbaycanın igid oğulları heç tərəddüd etmədən vətən uğrunda döyüşməyə yollandılar. Xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsi , yenə və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Müharibə zamanı Ermənistan Azərbaycana qarşı böhtanlar ataraq təxribat törətməyə cəhd göstərsə də , yalanları qarşısında ölkəmiz faktlar irəli sürərək , Ermənistanın faşist islətli olduğunu dünyaya bir daha sübut etdi. Azərbaycan ordusu Ermənistan kimi sivilləri , silahsız əhalini hədəf almadı. Bizim rəşadətli ordumuz yalnız hərbi hədəflərə zərbə endirdi. Və bunun nəticəsində də hər gün yeni zəfərlər , yeni qələbələr qazandı. Bu müharibədə xalq öz Ali Baş Komandanına və Azərbaycanın rəşadətli ordusuna güvənirdi. Hər kəs Prezidentimizin çıxışlarını böyük səbirsizlik və qürur hissi ilə gözləyirdi. Qələbə gözləyən xalqın üzərinə Prezidentimizin başçılığı ilə ordumuz günəş kimi doğdu. Bu müharibədə , istər hərbi müharibədə , istər informasiya müharibəsində gənclərimiz öz fəallığı ilə seçilirdi. Azərbaycanın bu mübarizədə işi haqq işi idi. Və haqqın səsini də bütün dünyaya duyurdu. Keçirddiyimiz bu günlərdə xalqımıza və cəbhədə vuruşan əsgərlərimizə ən böyük yardımı və motivasiyanı Prezidentimiz İlham Əliyev verdi. Müharibə zamanı Qarabağın işğaldan azad olunmasında fədakarlıq nümayiş etdirən İlham Əliyevin adı tarixə Müzəffər sərkərdə kimi qızıl hərflərlə yazıldı. Müharibənin ilk günlərindən bizə ən böyük dəstəyi qardaş ölkə Türkiyə verdi. Türkiyənin müxtəlif şəhərlərində o cümlədən müxtəlif abidələrində Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı da dalğalandı. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında dəfələrlə bu haqq mübarizəsində Azərbaycanı dəstəklədiyini bildirmişdir. Bu gün biz qalib dövlətin vətəndaşlarıyıq. Bu gün bütün Azərbaycan xalqı bizə bu sevinci yaşadan Ali Baş Komandanımızla , əsgərlərimizlə qürur duyur. Ürəklərdə və dillərdə bu sözlər – Yaşasın Azərbaycan ! İlhamla irəli , Azərbaycan əsgəri ! .
Cəfərova Güllü
Bakı Slavyan Universiteti



