Bu gün müstəqilliyimizin bərpası və onun qorunub saxlanılması, torpaqlarımızın bütövlüyü, toxunulmazlığı istiqamətində atılan vacib, mühüm addımlar, dövlətimiz tərəfindən aparılan uğurlu islahatlar, ardıcıl olaraq keçirilən demokratik seçkilər, əhalinin güzəranının yaxşılaşmasına xidmət edən uğurlu amillərdəndir. Özündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanması, inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəldi.
Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdilər. Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Birtərəfdənerməni-faşistdaşnaklarınınişğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Bu hadisələrlə əlaqədar Ulu Öndər Heydər Əliyev 1995-ci ilmartın 15-də Azərbaycan dövlətteleviziyası və radiosuiləxalqa etdiyi tariximüraciətində vətənimizə, müstəqilliyimizə qarşı olan təzyiqlərin təkcə ayrı-ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdı.
Xüsusi Təyinatlı Polis Dəstəsinin 1990-cı ildə hansı məqsədlərlə yaradıldığı hamıya bəlli idi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev XTPD - nin üzvlərinə martın 15-də televiziya ilə müraciət edərkən də onların torpaqlarımızın işğaldan azad olunmasında göstərdikləri şücaəti xüsusilə qeyd etmişdi. Lakin Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Rövşən Cavadov bundan nəticə çıxarmamış, əksinə, hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək üçün zorakılıq variantına əl atmışdı. R.Cavadov qardaşı, Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoyurdu. Bu, bir daha göstərirdi ki, Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmə inteqrasiyası nə Cavadov qardaşları, nə onların göstərişlərini yerinə yetirənlər, nə də radikal müxalifət üçün önəmli deyilmiş. Belələri şəxsi məqsədlərinə çatmaq üçün hər cür çirkin vasitədən istifadə etməyə hazır idilər.
Hakimiyyəti zorla ələ keçirmək istəyən xəyanətkarlar qeyri - qanuni silahlı dəstələrin köməyi ilə dövlət çevrilişinə can atırdılar. Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək, qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmiş, onları əfv edəcəyini bildirmişdi. Hətta, Cavadov qardaşlarının atası Bəxtiyar Cavadovla da danışmışdı, ona oğlanlarını vətəndaş müharibəsi, silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etmişdi.
Əlbəttəki,xalqımızbeləcəhdlərinbilavasitəşahidioldu.UluÖndərbucəhdlərinqarşısınıvaxtındaözmüdrikliyi,uzaqgörənliyivəqətiyyətiilə
almağamüvəffəqoldu.
Xalq unutmur!
Məhzbusəbəbdəndətarixixatırlamaqlazımdır,qoyindikinəsillərbilsinlər
ki,müstəqilliyimizinyollarıheçdəhamarolmayıb,dövətçiliyimizinformalaşmasırahatşəkildəqurulmayıb.
Aysel Mənsimova – YAP üzvü



