Azərbaycan xalqının 1988 ci ildən başlanan Milli Azadlıq mübarizəsi 2020-ci il noyabrın 10-nunda başa çatdı. Biz 30 il ərzində ərazimizin bütövlüyü uğrunda mübarizə apardıq və qalib gəldik. Biz bu qələbəni müzəffər ordumuza borcluyuq. Bu torpaq uğrunda şirin canından keçən şəhidlərimizə borcluyuq. Çünki, bu günki, qələbəmizin mənası, qayəsi butöv Azərbaycandır. Azərbaycan xalqının 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil bütünlükdə Azərbaycan Respublikasıdır və əsasda müstəqilliyimizdir. Azərbaycan prezidentinin rəhbərliyi ilə rəşadətli ordumuz sözün əsl mənasında tarix yazdı. Cənab Prezident İlham Əliyev münaqişəni sülh yolu həll etməyə çalışsada Ermənistan rəhbərliyi buna əməl etmədi. Uzun illərdən bəri status-kvonun qəbuledilməzliyini deyənlərə, amma heç bir iş görməyən qruplara, təşkilatlara işğalçının başına sığal çəkənlərə göstərdiki, məsələni necə həll etmək olar.
Ali Baş Komandanın əmri ilə döyüşə atılan qüdrətli ordumuz 44 gün içində status-kvonu anlayışını yox etdi. İndi artıq nə status nə də bir təmas xətti var. Azərbaycan ordusunun keçirdiyi döyüş əməliyyatları bir daha sübut etdiki, bu bir qəhrəmanlıq nümunəsidir. Ordumuzun, xüsusi təyinatlılarının və digər hərbi qüvvələrinin fədakarlığı nəticəsində oldu. Azərbaycan Ordusu cəbhədə irəlilədikçə Azərbaycan xalqı da Ordusunun və onun Ali rəhbərinin arxasında dağ kimi dayanmağa davam etdi. Bildirək ki, döyüşlər zamanı ən siravi əsgərdən, ən elit zabitə qədər hər kəs öz üzərinə düşən vəzifəni ən yüksək səviyyədə icra etdi. Döyüşlərdə xüsusi təyinatlılarımız sözün əsl mənasında dastan yazdı. Şuşa əməliyyatı isə hərb tarixinə düşəcək, dərslərdə təbliğ olunacaq qədər əzəmətli oldu. Alınmaz qala hesab olunan Şuşa əsgərlərimizin qətiyyəti, əzmi, qəhrəmanlığı və fədakarlığı hesabına cəmi 400 döyüşçümüzün gücünə alındı. Şübhəsiz ki, hər əsgərimiz vahid komandanlıqdan əmr alır və aldığı hər əmri qeyd-şərtsiz yerinə yetirirdi. Bizi qalib edəndə bu idi. Vahid komandanlıq, düşünülmüş, dəqiq, minimum canlı qüvvə itkisinə hesablanmış planlama və döyüş tapşırığını canından keçməyə hazır əsgər.Ordumuzun peşakarlığı, silahdan istifadə etmə bacarığı, pilotsuz uçuş aparatlarının hədəfi tam dəqiq vurması bu artıq Azərbaycan ordusunun məharətini göstərirdi. Heydər Əliyev adına Ali Hərbi məktəbin yetişdirdiyi, zabitlərin döyüş meydanında göstərdikləri şücaətləri danılmazdır. Həm sərhəd qoşunlarının həmdə quru qoşunlarının düşmən mövqeylərini əldə saxlanılmasında xüsusi məharət göstərdilər. Atılan mərmilərin bütün hədəfləri dəqiq vurması bu döyüş əməliyyatların uğurla nəticələnməsindən xəbər verirdi. Azərbaycan xalqının iradəsi və cənab prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz qələbə çaldı.
Nəsimi rayon gənci - Abbasova Pərvanə



