Xain qonşularımız olan mənfur ermənilərin böyük Ermənistan yaratmaq sevdası onları iyrənc əməllər görməyə vadar etdi. Əvvəllər onlar bu işləri yaltaqcasına, riyakarcasına etsələr də, sonralar bu əməlləri soyqırımla, etnik təmizləmə ilə həyata keçirdilər. Bəşər tarixində misli görülməyən vəhşiliklər, günahsız insanların qanını tökmək, qonşu torpağına, malına tamah salmaq artıq ermənilərin xislətinə çevrilib. Milli, vətənpərvər ruhda böyüyən gənc nəsil onların bu həyasız hərəkətlərindən hiddətə gəlir və hər bir Azərbaycan oğlunun damarında intiqam almaq eşqini artırırdı. Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində sübut etdi ki, biz tarixi, mədəniyyəti, soy kökü olan xalqlardan biriyik. Torpaqlarımıza əl uzadanın əlini, dil uzadanın dilini kəsərik.
Azərbaycan mərd oğullar, igid-ərənlər ölkəsidir. Mərdlik, cəsarət bizə Oğuz babalarımızdan miras qalıb. Vətənpərvər ruhda böyüyən yeni nəsil 30 illik torpaq, yurd həsrətinə son qoydular. Ali Baş Komandanın ətrafında üzük qaşı birləşib müzəffər və güclü oldular. Ermənilər nə qədər çalışsalar da, xalqımızın və ordumuzun döyüş ruhunu qıra bilmədilər. Azərbaycanın qəhrəman oğulları torpaq, Vətən uğrunda canlarından keçdilər. Düşmənə diz çökdürdülər. Onları torpaqlarımızdan qovdular. Ərazi bütövlüyünü bərpa etdilər. Xalqımıza böyük qalibiyyət sevinci yaşatdılar. Qəhrəman şəhidlərimiz və igid qazilərimiz, müzəffər ordumuz öz qanları ilə yeni qalibiyyət tarixi yazdılar. Bu tarix böyük qələbənin və qayıdışın başlanğıcı oldu.
Mənfur, hiyləgər düşmənlərimiz əlacsız qalaraq meşələri top atəşinə tutmuşdur. Həmçinin Azərbaycanın milli-tarixi abidələrini məhv etmiş və dağıtmışdır. Bununla da onlar bütün dünyaya öz riyakar planlarını bir daha göstərmiş oldular.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağın yenidən bərpası üçün atdığı addımlar təqdirəlayiqdir və ən qısa müddət ərzində qədim, böyük tarixi olan Qarabağımız abadlaşacaq, burada ən müasir universitetlər inşa olunacaq. Vətən həsrəti ilə yanıb-tutuşan məcburi köçkünlərimiz öz yurdlarına, doğma torpaqlarına qayıdacaqdır.
Biz-gənc nəsillər hərbi zəfərimizdən sonra iqtisadi zəfərimizə hazırlaşmalıyıq. Azərbaycanın hərbi zəfəri xarici ölkələrdə tədqiqat olaraq araşdırmağa başlayıblar. Eləcə də Qarabağın iqtisadi inkişafı bütün dünya ölkələri üçün nümunə olacaqdır.
Artıq Qarabağla bağlı "münaqişə” sözü işlənməməlidir. Müzakirə üçün münaqişə mövzusu yoxdur! Beynəlxalq aləm də Qarabağı Azərbaycan Respublikasının ərazisi olaraq tanıyır. Qarabağ Azərbaycandır!
Bakı Slavyan Universiteti-Zəhra Haqverdiyeva Nemət



