Azərbaycan Əsgəri- bu adı eşidəndə damarımda qanım qaynayır. Köksümdə ürəyim məğrur-məğrur çırpınır. Dizlərimə sanki güc gəlir. Başımı dik tuturam. 44 günlük Vətən müharibəsinin şahidi oldum. Tanrıya minnətdaram ki, bu şərəfli və qürurverici tarixi yaşamağı, müzəffər ordumuzun qələbəsinin və zəfər paradının şahidi olmağımı mənə qismət etdi.
Vətənimizin qeyrətli oğulları Ali Baş Komandanın əmri ilə aslan kimi düşmənin üzərinə atıldılar. İşğal edilmiş kənd və şəhərlərimizi azad etdilər, geri qaytardılar. Mənfur düşməndən şəhidlərimizin intiqamını aldılar. Əsir düşmüş Şuşamızı azad etdilər. Düşmənin tapdağı altında inləyən torpaqlarımızı azad etdilər. 28 illik yurd həsrətinə son qoydular. Xalqımızın adına yaxılan böhtanları təmizlədilər. Bütün dünyaya sübut etdilər ki, biz qorxaq yox, məğrur və qəhrəman xalqıq! Vətənimizin hər bir qarış torpağını qorumağa, ona uzanan əlləri kəsməyə qüdrətimiz də çatar, qeyrətimiz də. Dünyanın böyük güclü dövlətləri Azərbaycan ordusunun şücaətindən danışdı. Ordumuzun sarsılmaz gücünü, qüvvəsini, bacarığını telekanallarda yayımladılar.
Ali Baş Komandan və Şanlı ordumuz tarixi ədaləti bərpa etdi. Ermənilərin həyasızlıqla, min bir hiylə ilə zəbt etdikləri tarixi torpaqlarımızı geri qaytardılar. Artıq bu doğma torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Düşmən tərəfindən zəbt olunmuş torpaqların boşaldılması zamanı qarşı tərəfdən olan mülki əhaliyə heç bir qəddarlıq və ziyan vurulmadı. Əsgərlərimiz düşmənin hər bir qocasına, uşağına, qadınına hörmətlə yanaşdı. Onların nə malına, nə də canına heç bir ziyan vurmadı. Bununla da müzəffər Azərbaycan Əsgəri öz humanistliyini sübut etdi.
Vətən müharibəsi zamanı birçoxların diqqəti siyasi meydanla yanaşı hərbi meydanda idi ki, baş verən hər bir xırda prossdən xəbərdar olmaq və daha dərindən öyrənmək istəyirdik. Həmin zamanlarda hərbi gedişlərin davam etməsi və düşmən tərəfinin təxribatlarının qarşını almaq məksədi ilə insanları tam və aydın olaraq məlumatlandırılması prosesində bir sıra əngəllər yaşanırdı. Ancaq bügün artıq qalib xalq olaraq Azərbaycan Vətən müharibəsini -XXI əsrin müharibəsi adlandıra bilərik. Bu müharibə zamani diqqəti çəkən məqamlardan biri Hadrut qəsəbəsinin necə işğaldan azad olunması prossesi idi.
Biz Hadrut qəsəbəsini Zəfər açarımız adlandırsaq yanılmarıq çünki məhs bu məqam qələbəmizin əldə olunmasında böyük və olduqca əhəmiyyətli rol oynamışdır. Hadrut qəsəbəsini azad etmək üçün ilk olaraq ətraf dağlar nəzarətimizə keçdi bütün bunlar isə Cəbrayıl rayonu və şəhərini azad edəndən sonra mümkün oldu. Belə ki ətraf dağlıq ərazilərin Azərbaycan Ordusu tərıfindən nəzarətə götürülməyi Hadrutun işğaldan azad olunmasını qaçılmaz etdi. Hadrut isə dalıyca Füzuli qələbəsini bizə daddırdı. Ermənistan ordusu zərbənin tam başqa istiqamətdən gələcəyini düşünsədə biz strateji planlaşmanı dəqiqliklə icra edərək hec bir müharibə qanununa zidd getmədən düşmənə gözləmədiyi bir istiqamətdən zərbə endirdik məhz bu həmlə bizə Füzulini qazandırdı. Və növbə Şuşada idi. Şuşa Azərbaycan əsgərini qoynuna səsləyirdi. Ancaq bu döyüşdə sıralardan biri olmadı. Burda da Hadrutun azad olunmasının əhəmiyyəti özünü göstərdi. Əziyyətli olsa belə əsgərlərimiz doğma torpağı uğrunda dağlardan,daşlardan,sıldırım qayalar arasından keçməyi özünə əziyyət bilmədi. Cünki vətən uğrunda döyüşdüyünə və haqq yolunda olduğundan əmin idi. Və məhz bu cəsarət igidlik və mərdlik Şuşa qalasında Azərbaycan bayrağının dalğalanmasına səbəb oldu. Biz Qafqazın mədəniyyət incisi olan Azərbaycan şəhəri Şuşanı azad etdik. Yalnız qələbəmizlə deyil hərbi gedişlərimizlə də dünyaya səs salmağı bacardıq. Zəfər haqlı olduğumuzu, hərbi strategiyamiz gücümüzü və iradəmiz siyasi baxışlarımızı təstiq etdi.
Ermənistan tərəfinin işğaldan azad olunmuş ərazilərdə etdiklərinə isə yalnız vəhşilik demək olar. İnsanlar həmin əraziləri uzun müddət ərzində işğal altında saxlamağları və həmin yerlərə qanunsuz olaraq məskunlaşması belə onlara terror eməllərini davam etdirməyə mane ola bilmədi. Öldürmək istəyən insan üçün qarşısında kimsə olmağı vacib deyilmiş təbiəti evləri heyvanları məhv etməkdən də çəkinməyən erməni milləti əslində olan vandal simasını dünyay sübüt etdi.
Lakin işğaldan azad olunmuş ərazilərə bir muddət sonra həyat qayıdacaq. İnsanlar yenidən bu torpağda yaşayıb yaradacaq. Bir vaxtlar göz yaşı tökərək evindən obasından ayrılan körpələrin artıq o yerlərdə gülüş səsləri gələcək. Uzun müddət sürən həsrət dolu günlər yalnız xoş xatirələrlə əvəzlənəcək. Çünki bu torpağın əsl sahibləri hemin yerləri canlandıra bilərdi.
Azərbaycan ordusunun qürurverici addımlarından qüvvət alan xalqımız ordumuzun arxasında, Ali Baş Komandanın ətrafında yumuruq kimi səfərbər oldu. Müzəffər ordumuzun şücaəti sayəsində xalqımız 44 gün ərzində Zəfər şərbətini içdi. Xalqımız böyük qələbənin ərsəyə gəlməsində zəhməti və haqqı olan hər bir soydaşımızı qürurla anacaq. Qanları və canları ilə qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizi, qazilərimizi, qəhrəman oğullarımızı heç bir zaman unutmayacaq.
Bakı Slavyan Universiteti
Zəhra Haqverdiyeva Nemət qızı.



