30 il ərzindəerməni vandallarının törətdiyi terror aktları, dağıntılarqarşısında dəhşətə gəlib. Mənfur düşmən bizim əzəlitorpaqlarımızı özününküləşdirmək ilə qalmayıb, Azərbaycantarixinə aid bütün dini, mədəni, tarixi önəm kəsb edənabidələrimizi dağıdıb.Cənab prezidentin Şuşaya səfəri zamanı dağıdılmış bəzi mədəni abidələrin adları açıqlanıb: Pənahəlixanın iqamətgahı, Şuşa dövlət rəsm qalereyası, karvansaraylarvə s. Bu ermənilərin Azərbaycan xalqına onların tarixinəqarşı törətdiyi cinayətdir. Bütün bunlar qarşısında susmaq olmaz. Müharibə zamanı bütün dünya ermənilərin hansıyollarla qalib gəlmək istəyini gördü. Azərbaycan əsgəri heçvaxt mülki əhalini hədəf tutmamışdır, lakin düşmən 90dan çox günahsız insanların ölümünə səbəb olmuşdur. Dünyadabuna bənzər cinayət vəhşilik olmamışdır.
44 günlükmüharibə zamanı rəşadətli Azərbaycan əsgəri 7 rayonumuzu o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı işğaldan azad etdi. Şuşanın azad olunması bizim üçün irəliyəgetməyə şans yaratdı. Ermənilər bilirdi ki, bizdayanmayacağıq və sonunda məğlub olduqlarını qəbul edib10 noyabr bəyanatını imzalamağa məcbur qalırlar. Torpaqlarımıza ciddi ziyan dəyib, su, elektrik stansiyalarıdağıdılıb ama biz torpaqlarımızı dirçəldəcəyik. Hər kəsAzərbaycanın gücünü gördü. Torpaqların bərpa olunmasındabizə dəstəyini əsirgəməyən ölkələr var.
16 mart tarixli səfəri zamani ölkə başçısı Molla Pənah Vaqifin məqbərəsini ziyarət etmiş bərpa işlərini surətləndirilməsi haqda gostərişlər vermişdir. Bölgənin hava şəraiti soyuq olduğundan yolların qarlı və buzlu olması bir sıra işlərin bərpasını ləngidir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Şanlı Azərbaycan ordusu bu işğala son qoymaqla təkcə Şuşanı bizə qaytarmadı. Müzəffər Ordumuzun qələbəsi həm də bizim mənəviyyatımızı, milli qürurumuzu özümüzə qaytardı. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə etdiyi hər növbəti səfər bu torpaqların dirçəlişini daha da sürətləndirir. Prezident cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri davam edir və edəcəkdir. Səfərlərin hər biri dərin məna daşıyır, böyük əhəmiyyət kəsb edir. Azad olunmuş torpaqlarda sürətli şəkildə bərpa və quruculuq işləri aparılır. Yeni yollar çəkilir, tarixi-mədəni abidələr bərpa olunur, infrastruktrurlar yaradılır.
Dövlət başçımızın bölgəyə səfərləri də ilk növbədə məhz həmin bu işlərin xüsusi diqqət mərkəzində saxlayir. Burada abadlıq işlərinin qurtarılmasıyla məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaydacaqdir. Bu ərazilər dunyanın ən gözəl yerinə çevriləcək. Vətəndaşlarin rahat və firavan yaşamasi üçün bütün işlər görüləcəkdir. Martin 16-da ölkə Prezidenti cənab İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Prezident İlham Əliyev səfər çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməlini qoydu. Qeyd etmək lazımdır ki, dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər növbəti səfərində hansısa mühüm bir layihənin təməlini qoyması artıq bir ənənə halını almışdır. Lakin bu ənənə heç də sadəcə rəmzi xarakter daşımır. Azərbaycan Prezidentinin bu diqqəti aparılan işlərin intensivliyini daha da artırır, işğaldan azad edilmiş torpaqların dirçəlişini sürətləndirir. Təbii ki, bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına, yeni beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar ümumilikdə Azərbaycanın inkişafına böyük təkan verəcək. Azərbaycan daha güclü, daha qüdrətli dövlətə çevriləcək.
Bununla belə Azərbaycan Prezidenti təkcə ölkəmizdə deyi, ümumilkdə regionda sülhün və əmin-amanlığın qorunub saxlanması üçün səylərini əsirgəmir. Məhz elə bu baxımdan da dövlət başçısının işğaldan azad edilmiş ərazilərə etdiyi səfərlər böyük əhəmiyyət kəsb edir. Bu səfərlər əslində həm də ciddi xəbərdarlıq xarakteri daşıyır. Bütün dünya bilməlidir ki, artıq Qarabağın və 30 il işğal altında olmuş digər ərazilərin əsil sahibləri geri qayıdıblar. Həmdə bu möhtəşəm qayıdış əbədidir və artıq heç bir qüvvə bu reallığı dəyişməyə cəhd edə bilməz.
Əliyev Fariz
Nəsimi rayon gənci



