Ermənistan illərdir ki , Azərbaycan torpağlarını işğal edib. Bu illər ərzində Ermənistanın Azərbaycan torpağlarına verdiyi zərər qaçınılmazdır. Ermənistan təkcə xain qonşu deyil , həm də barbardır. Öz alçaq və çirkin siyasəti ilə yanaşı , bütün dünyaya öz barbarlığını tanıtmışdır.
1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdir. 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüşdür. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur.
Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı.
İki əsrdən artıqdır ki , Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də müqəddəs ocaqlar və məbədlərdir. İşğal olunmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv edən Ermənistan indi də qoşunlarını çıxartdığı ərazilərdə ekoloji cinayətlər törədir. Azərbaycanın işğal olunmuş ərazilərində tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid , 144-ü məbəd , 192-si isə ziyarətgahlardır. Azad edilmiş torpaqlarda hər şey yandırılıb. Şəhərlər , kəndlər , evlər müxtəlif tarixi-dini abidələr dağıdılıb. Biz bu həqiqətləri illərdir ürək ağrısıyla qəbul edib , qələbə çalacağımız günü səbr və böyük inam hissi ilə gözləyirdik. Bu həqiqətən də belə oldu. Müharibə başlanan gündən xalq öz Prezidentinə , öz ordusunu güvəndi. Ali baş komandanımızın başçılığı , Azərbaycan xalqının birliyi və ordumuzun gücü sayəsində biz torpaqlarımızı işğaldan azad etdik. Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyev mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etdi .
" Bərpa edəcəyik bunları , hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyiy ki , biz böyük xalqıq. Biz qayıtmışıq , biz vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb”.
Bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş Cəbrayıl şəhərinə səfəri zamanı söyləyib.
Haqq-ədalətin zəfər çaldığını vurğulayan Azərbaycan Prezidenti deyib: "Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Dövlət başçısı hər zaman çıxışlarında işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə mühüm əhəmiyyət verdiyini bildirib. Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.
Bununlada Azərbaycan bir daha öz fərqini ortaya qoyur. Düzdür Azərbaycanı heç vaxt Ermənistan kimi barbar ölkə ilə müqayisə etmək olmaz. Amma hər şey göz qabağındadır. Ermənistan özünün olmayan əraziləri işğal edib hələ bir həmin torpaqlarda olan tarixi-dini abidələri , evləri , şəhərləri , kəndləri yandıranda Azərbaycan öz torpaqlarını işğaldan azad edir və burada yenidən qurma işləri aparır. Fərq danılmazdır.
Güllü Aydın qızı
Bakı Slavyan Universiteti.



