İllərdir dəvam edən ədalətsizlik və bu böyük ədalətsizliyə qarşı savaşan bir ölkə, bir xalq – Azərbaycan!
Azərbaycan və Ermənistan arasında baş verən müharibə uzun müddətdir bütün dünyanın bildiyi bir hadisədir. İki ölkə arasında yaşanan konflikt bir çox insanın ölümünə, Ermənistanın törətmiş olduğu soyqırımlar fəlakətə yol açmışdı. Bəli, soyqırım. Xatırlandığında belə insanın tüklərini biz-biz edən bu soyqırım Ermənistanın törətdiyi böyük bir cinayət kimi bütün dünyaya bəllidir.
Biz Azərbaycan xalqı olaraq daim öz mərdliyimizlə, ağlımız və qolumuzun gücü, vətən sevgisiylə hərəkət etmiş bir millətik. Hansı ki, düşmən Ermənistan özünə yox, ermənipərəst ölkələrə güvənərək hərəkət etmiş, hər səhvində, hər təhlükədə bu ölkələrin onların yanında olacağını düşünmüşdür. Bu düşüncə ilk müharibədən ikinci Qarabağ Müharibəsinə qədər dəvam etmişdir. Buna sübut olaraq İkinci Qarabağ Müharibəsi ərzində dəfələrlə Azərbaycan dövlətini sülhə dəvət edən ölkələrdən anlamaq olar.
Bütün ölkələrin dayandırmaq istədiyi, ermənilərin məğlub olacağını ilk gündən bəri bildiyi üçün qorxularından dinc xalqa atəş açdığı və tam olaraq 44 gün ərzində bütün Qarabağın geri alındığı böyük bir müharibə....İkinci Qarabağ Müharibəsi!
Bu hadisəni sadəcə müharibə olaraq deyil, hətta bir dastan olaraq adlandırmaq olar. Hansı ki, dastan Azərbaycan ordusunun əldə etdiyi zəfərə çox daha uyğun bir kəlimədir. Ordumuzun qətiyyətlə və özünə inamla ilərləmiş olduğu yolda, ermənilərin keçirdiyi o qorxu hisslərinə şahid olmaq, nəyə desən dəyər. Bütün türk dünyasının böyük həvəslə və böyük qürurla bəhs etdiyi bu hadisə məhz ordumuzun və cənab Ali Baş Komandan Prezident İlham Əliyevin yürütmüş olduğu siyasətdən asılıdır.
Mükəmməl bir ordu və mükəmməl bir lider.
Əlbəttə bu iki əsas amil bir araya gəldiyi an möcüzələr yaratmağa qadirdir. Bu elə bir möcüzə idi ki, bütün Azərbaycan xalqı bunu çox yaxından izləyir, prezident İlham Əliyev baş verən bütün hadisələri ilə xalqını məlumatlandırır, çıxışları ilə bütün xalqı və ordumuzu motivasiya edirdi. Həqiqətən,o günlərə dönüb baxdıqda prezident İlham Əliyevin danışığında, işlətdiyi hər bir kəlimədə böyük motivasiyanın gizlənmiş olduğunu anlayırıq. O həqiqətən əsl lider və əsl komandirdir.
44 günlük müharibə ərzində tökülən qanlar, verilən canlar, axıdılan hər bir göz yaşı qarşılığında biz Qarabağımıza geri qovuşduq.
Azərbaycan küçələrində sevinc nidaları yüksələrkən, Ermənistan artıq aksiyaların, başqasının vətənini özünə yurd bilmiş oğru insanların üsyankar sözlərinə məruz qalmışdı. Nəyinki dövlət, həmçinin oğru xalqda özlərini bu yalan inandırmışdı. Onlar,Qarabağın özlərinə aid olduğunu iddia edir və əsla geri çəkilməyəcəklərini deyirdi. Hansı ki, əsgərlikdən qaçmasınlar deyə ayaqlarından zəncirlənən erməni əsgərləri nə qədər "cəsur və qorxmaz” olduqlarını sübut etmişdir.
Demək istədiyim, ölkəmizin əldə etdiyi qələbə sadəcə Azərbaycan üçün yox bütün Türk dünyası üçün böyük bir qürurdur. Və mən ordumuzla fəxr edirəm ki,onlar bu qələbəni biz Azərbaycan xalqına yaşatdılar. Mən ordumuzla fəxr edirəm ki,bu 44 günlük müharibə ərzində adlarını dastana yazdırıb,dastanın adını "Qarabağ Azərbaycandır” qoydular.
Aytac Orucova
Bakı Slavyan Universiteti



