İraq diktatoru Səddam Hüseynin həyatının son ayları yəqin ki, hamı
üçün maraqlıdır. 2006-cı ildə asılaraq edam olunan Səddam Hüseynin bu
dəhşətli sonluğu bütün dünyanı şoka saldı. Hadisənin depressiyasından
çıxa bilməyən adamlar da oldu.
Lakin ortaya atılan yeni iddialara görə, asılan Səddam əsl Səddam
deyildi. Üstəlik bu fikirlərin sıravi insanlar deyil, peşəkar CİA
mütəxəssisi tərəfindən deyilməsi məsələyə diqqəti daha da artırdı.
Mütəxəssisin hazırladığı raport sonradan mediaya sızdırıldı, təhlükəsizlik baxımından adı gizli saxlanıldı.
Raporta əsasən, o zaman bütün dünyanın göz qarşısında asılan
Səddam Hüseynin özü yox, on oxşarından biri olub. Həmçinin, sabiq
diktatorun öldürüldüyü deyilən oğlanları Uday və Kusay da hazırda
həyatdadır.
İddiaya əsasən, Səddam Hüseyn iraqı təslim etdikdən sonra ABŞ-ın
ona verdiyi imtiyazlar çərçivəsində, hazırda sağdır və hətta agentin
bəzi fərziyyələrinə görə, o, kurort ərazisi sayılan əlverişli yerdə
yaşayır.
CİA agenti Səddam Hüseynin hazırda sağ qalmasının və onun yerinə
başqasının edam edilməsinin sirrini bir neçə tutarlı faktla
əsaslandırmağa çalışıb.
Vətəninfo.az həmin faktları təqdim edir:
1.”Səddam Hüseyn ABŞ-ın düşməni deyildi. Bu düşmənçilik, sadəcə,
aysberqin görünən üzü idi. Bir neçə ərəb diktatorları kimi o da ABŞ-ın
adamı idi.
2.Səddam Hüseyn İraq ordusunu öz ABŞ-a təslim etdi. Körfəz
müharibəsindən sonra siyasi nüfuzu aşağı düşən və xalqa təzyiqlərini
artıran Səddam Hüseyn ABŞ-a qarşı vuruşa bilməyəcəyini düşünürdü.
Həmçinin, zülm verdiyi xalqına da güvənmədiyi üçün özünə ən uyğun
variantı seçdi-ABŞ-ın tərəfinə keçdi.
3.Səddamın "təqib olunması” və zirzəmidə yaxalanması, həmçinin,
yaxalanadan sonrakı məhkəmə dirənişləri raporta görə, qabaqcadan
hazırlanmış ssenarinin tərkib hissəsi idi. Bütün bu görüntülər övladları
o zamanlar dünyanın başqa-başqa yerlərində təhlükəsiz həyat sürən
Səddamın acınacaqlı sonu haqqında mənzərə yaratmaq üçün idi. Ssenariyə
görə, Səddamın zirzəmidə aşkar edilməsi, həmçinin, edam səhnələri ABŞ və
Avropa televiziyalarında dəfələrlə izlənəcəkdi. Çünki edam kadrlarından
sonra bütün dünya Səddamla bağlı olan ədalətin öz yerini tutacağı
fikrinə köklənəcəkdi. Bundan sonra həqiqi Səddam Hüseyn İraq küçələrində
belə gəzəndə kimsə ona bir söz deməyəcəkdi.
Mütəxəssis məsələnin siyasi tərəfləri ilə yanaşı, birbaşa
Səddamın pz fizionomik göstəricilərini də müqayisə edir və onun asılan
adamdan fərqli cəhətlərini faktlarla əsaslandırır:
"Asılan şəxs Səddamın oxşarı idi. Onların üz cizgiləri və dişləri
çox fərqlənirdi. Üz cizgiləri arasındakı fərqi gizlətmək üçün həmin
adamı saqqalı halda məhkəməyə gətirib, sonda da edam etdilər. Səddamın
həyat yoldaşı Sacidə də asılan adamın Səddam olmadığını bildirib.
Adı açıqlanmayan mütəxəssis apardığı araşdırmaların sonuncunda
Səddamın baş quruluşu ilə edam olunan arasındakı müəyyən atropoloji
fərqlərin mövcudluğunu vurğulayır. Həmçinin dişlərinin quruluşunda da
əsaslı fərqlər var.
Vətəninfo.az