Erməni qüvvələrinin xain planları, tarix boyunca Azərbaycanı təqib etmiş, yeraltı və yerüstü sərvətlər ilə zəngin olan vətənimiz, hər zaman düşmənlərin əsas hədəfi olmuşdur. Dövrün vəziyyəti səbəbindən torpaqlarımızın 20 faizi işğal altında idi. Bu işğal altında qalmış torpaqlarımız, Böyük Vətən müharibəsində iştirak etmiş igid əsgərlərimizin, güclü Azərbaycan Ordusunun sayəsində azadlığa qovuşdu. Lakin bu azadlığın öncəsi, bəlkə də dünyada görülməmiş vəhşiliklər ilə doludur. Tarixi abidələrimizə edilən hörmətsizlik, torpaqlarımızda aparılan dağıdıcılıq siyasəti, məscidlərdə ibadət evlərində heyvan saxlanılması, erməni qüvvələrinin vandalizminin sadəcə bir hissəsidir.
Zəngin tarixə malik Azərbaycanın, tarixi abidələri, erməni zülmünə məruz qalıb. Saxtalaşdırma siyasətinin bir parçası edilməyə çalışılan abidələrimiz, qələbəmiz nəticəsində bu əsarətdən qurtulub. Dağıdıcılıq siyasətinə məruz qalan tarixi abidələrimizdən biri, Pənahəli xanın sarayı olub. Torpaqlarımızı işğal edib, burda yaşayan əhalini vəhşicəsinə qətlə yetirən, öz yurdundan didərgin salan ermənilər, bununla kifayətlənməmiş, Şuşa şəhərində yerləşən bu tarixi abidəmizi darmadağın etmişlər. Bu vandalizmin digər qurbanı, Şuşa şəhərində yerləşən Karvansaray kompleksi olmuşdur. Bu kimi saysız-hesabsız bir çox tarixi abidə vardır ki, erməni vəhşiliyinin qurbanı olub.
Dünya tarixinə nəzər yetirsək, bəlkə də bu dərəcədə dəhşətli bir hadisə görə bilmərik. Xalqımızın öz yurdundan, evindən çıxarılması, qətl edilməsi, yer üzünün görmədiyi faciələrdən biridir. Bu dəhşətli hadisələri Beynəlxalq təşkilatlar dəgörməlidir. İllərcə erməni qüvvələrinin xain planlarını dəstəkləyənlər, öz gözləri ilə bu faciələrə şahid olmalıdır.
Bizlər, bütün dünyaya həqiqətləri çatdıra bilmək üçün, əlimizdən gələni etməyə daim hazırıq. Azərbaycan xalqının, tarixi gerçəkləri bütün kainata çatdırmaq üçün necə həmrəylik nümayiş etdirdiyini, Böyük Vətən müharibəsi zamanı görə bilərik. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları və müsahibələri zamanı erməni vəhşiliklərini sübutlu bir şəkildə bütün dünyaya çatdırmağı da, hər birimiz üçün fəxr mənbəyidir.
Artıq azadlığa qovuşmuş torpaqlarımızda abadlıq işləri başlanılıb. Ən qısa zamanda düşmənin dağıdıcı izlərindən qurtulacaq torpaqlarımız, bununla yanaşı, iqtisadi cəhətdən də Azərbaycan üçün olduqca müsbət rol oynayacaqdır.
Azərbaycanın tarixi torpağı olan Şuşanın bərpası ilə əlaqədar bəzi layihələr, Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.
Ərazi bütövlüyümüzü tam əldə etməyimizin göstəricisi olan bu torpaqlarımız, Azərbaycana gələcək qonaqlarımız üçün çox gözəl bir şəkildə hazırlanacaqdır. Bu abadlıq işlərinin bir hissəsi artıq reallaşmağa başlayıb və bu sürətli bir şəkildə davam edir.
Böyük Vətən müharibəsini zamanı, həmçinin, qələbəmizdən sonra da, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları zamanı bildirdiyi fikirlər, sözlərin hər biri, dünyaya siyasi bir mesajdır. Erməni qüvvələrinin dağıdıcılıq siyasətini bütün dünyaya nümayiş etdirən bizlər, öz humanist davranışlarımız ilə də hərkəsə insanlıq dərsi verdik.
Azərbaycanın parlaq qələbəsinin ən böyük səbəblərindən biri, uğurlu hərbi strategiya idi. Azərbaycan Ordusunun həm texniki həm də mənəvi cəhətdən üstünlüyü, Ermənistanın məğlubiyyətini qaçınılmaz etdi. Bizlər, düşmənimizdən fərqli olaraq, öz gücümüzü yalnız döyüş meydanında göstərdik. Öz sözümüzü cəbhədə dedik və qələbəmizi qazandıq. Lakin Ermənistan, dinc əhaliyə hücum etmiş, roket atmışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası, 30 illik həsrətə son qoydu, tarixi torpaqlarını geri aldı. Parlaq qələbəmiz öz ardıyca sürətli abadlıq işlərini gətirdi və bundan sonra da bizi aydın günlər gözləyir.
Azərbaycan Dillər Universiteti
Əlixanlı Fatimə



