2021-ci ilin martın 5-də YAP-ın VII qurultayı keçirildi. Son illərdə ölkədə baş verən siyasi-iqtisadi, mədəni inkişafın, aparılan uğurlu islahatların yekunu olaraq qurultay öz işini başa vurdu. Son illər ölkəmizin beynəlxalq arenada nüfuzunun güclənməsi, I Qarabağ müharibəsindən fərqli olaraq II Qarabağ müharibəsindəki qalibiyyət zəfəri ölkənin Cənubi Qafqazın lider dövlətinə çevrilməsinə səbəb oldu. 1994-2020-ci illər ölkədəki iqtisadi layihələrin uğurla həyata keçirilməsi "Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü hesab edilir. 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin dünyanın yeddi nəhəng ölkəsi ilə "Əsrin müqaviləsi” kontraktının bağlanması qalib Azərbaycan üçün bir başlanğıc oldu. Norveç, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, Böyük Britaniya, Rusiya kimi güclü dövlətlərin on üç böyük şirkəti ilə bağlanmış müqavilədən sonra ölkəmizə böyük həcmli investisiyalar qoyuldu. Bununla da yeni "neft strategiyası”nın əsası qoyuldu. Bu layihənin davamı olaraq 2013-cü ilin dekabrında Azərbaycan qazının böyük həcmdə Avropaya çıxaxrılması planlaşdırıldı. Böyük liderin layiqli davamçısı olan İlham Əliyev XXI əsrin "qaz strategiyası”nın əsasını qoydu. Bu kontrakt Trans Anadolu (TANAP), Trans Adriatik (TAP) qaz kəməinin tikintisini reallığa çevirdi. Bundan başqa Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizinin həyata keçirilməsində dövlətimizinin oynadığı əhəmiyyətli rol Aazərbaycanı tranzit bir ölkəyə çevirdi.
Təbii ki, enerji sahəsində atılan bu addımlar Azərbaycana külli miqdarda xarici kapital axınına şərait yaratdı. Ölkəmiz neft və qaz strategiyası sahəsində beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.
YAP-ın VII qurultayında prezident İlham Əliyevin apardığı uğurlu dövlətçilik siyasətinin yekunu olaraq II Qarabağ müharibəsinə xüsusilə toxunuldu. Burada bütün dünyaya səs salan "Dəmir yumruq” taktikasının parlaq nəticəsi də müzakirə edildi. 44 günlük müharibəyə uzun bir hazırlıq görən Ali Baş Komandan öz çıxışında deyir: "Biz bu illər ərzində bu amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması bizim başlıca vəzifəmizdir.
Bu gün qalib bir dövlətin apardığı uğurlu islahatların nəticəsi olaraq Cənubi Qafqazda söz sahibi olan və beynəlxalq arenada öz imzasını təsdiq edən güclü bir dövlətik.
Günay Allahverdiyeva
Nəsimi rayon təhsil işçisi



