Martın 25-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 19,427 nəfər vaksinasiya olunub.
Veteninfo.az-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, indiyədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510,420 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.



