Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Uzun illər sürən işğala son qoyan, tarixi ədaləti bərpa edən Ali Baş Komandanımızın Şuşa səfəri xalqımızı yenidən o torpaqlara qayıtmağa ruhlandırdı.
2021-ci ilin mart ayının 16sı Şuşaya səfər edən cənab Prezident gözəl şəhərimizin düşmənlər tərəfindən dağıdıldığını, məscidlərimizdə heyvan saxlamağ üçün istifadə etdiklərini bildirib. İşğal nəticəsində bütün bina və məscidlərimiz dağıdılıb. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər.Su elektrik stansiyalarını dağıdıblar.Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan, 19-cu əsrdən bəri ermənilərin iddia etdiyi Tuğ kəndi də viran edildiyini bildirib.Bar-bar tayfalara məxsus olan şəkildə tarixi abidələrimizi, dəyərli qaynaqlarımızı məhf etmişdirlər.
Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar.Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır.Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyidə işğal zamanı ciddi ziyan görüb.
Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi,tarixi şəhərimizin ilkin və tarixi simasının bərpa edilməsi, azad olunan torpaqlarımızda məscidlərimizin əsaslı şəkildə təmir edilib öz simasına qaytarılmasına dair verilən göstərişlər isə bir daha onu göstərir ki, dövlətimiz, xalqımız tarixi keçmişinə, milli mədəniyyətinə, mənəvi və dini dəyərlərinə olduqca bağlıdır. İlham Əliyev martın 16-da Şuşaya səfəri zamanı da bu məqamı xüsusi qeyd etmişdir ki, azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dövlətimizin başçısı İlham Əliyev bununla yanaşı bildirir ki, biz gələcəyə baxmalıyıq. Əraziləri yenidən qurmalıyıq. Artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır.Cənab Prezidentimiz İlham Əliyev Şuşa şəhərinin bərpası ilə fikirlərini bildirdi."Şuşa şəhərinin bərpasında mütəxəsislərin, xüsusilədə Şuşalıların fikirləri mütləq nəzərə alınacaq. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində artıq işlərə start verilib. Tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işlənilir. Dağıdılmış tarixi abidələrin, ən başlıca Molla Pənah Vaqifin məqbərəsinin təmir tikinti işlərinin tez bir zamanda başlanılacağını, Regionun ən görkəmli istrahət mərkəzlərindən birinə çevriləcəyini, otellərin tikiləcəyi bildirilib.
Müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu məsələyə fəal qoşulubdur, eyni zamanda, Mədəniyyət Nazirliyi, digər aidiyyəti qurumlar. Şuşada uzun illərdən sonra böyük tədbirlərin, festivalların keçirilməsi dünyanın diqqətini cəlb edəcək.Prezident İlham Əliyevin göstərişilə Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib.Şuşada yeni muasir kompleksler,otellər bərpa ediləcək. Şuşa çox böyük turist axını olacaq. Şuşanın bərpası üçün bütün imkanlar səfərbər olunacaq. Şuşanı quran, Şuşa şəhərini salan bizim əcdadımız Pənahəli xan olmuşdur. Məhz onun fəaliyyəti, səyləri nəticəsində Şuşa şəhəri salınıbdır. Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi.
Azərbaycanın döyünən ürəyi, mədəniyyətin beşiyi,mərkəzi Şuşa şəhərinin bərpası bütün dünya üçün nümunə olacaq!
Nəsimi rayon sakini
Bəhruz Xudiyev



