Vətəninfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Qeyd edilib ki, ötən il Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları 0,2 faiz (99,2 milyon ABŞ dolları) artıb. Nəticədə ölkənin valyuta ehtiyatları 51,2 milyard ABŞ dollarına çatıb ki, bu da ümumi daxili məhsulu üstələyib.
Mərkəzi Bankın valyuta ehtiyatları 1,8 faiz artaraq 6,4 milyard ABŞ dolları, Dövlət Neft Fondunun vəsaiti isə 0,6 faiz (241 milyon ABŞ dolları) artaraq 43,6 milyard ABŞ dolları təşkil edib.



