Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidməti Veteninfo.az-a verilən məlumatda qeyd edilir ki, Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.
Xatırladaq ki, mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.
Ə.Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilmişdi.
O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyul 2017-ci il tarixli əmrinə əsasən vəzifəsindən çıxarılıb.



