"Hazırda Ermənistanın həyata keçirdiyi fəaliyyətlər, o cümlədən Dağlıq Qarabağ ərazisindəki erməni silahlılarının oradan çıxarılmaması Azərbaycanı növbəti dəfə antiterror əməliyyatları keçirməyə vadar edə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiyanın "Birinci kanal”ında Azərbaycana qarşı yayımlanan təxribat süjetini şərh edərkən deyib.
Onun sözlərinə görə, erməni silahlıları Qarabağdan çıxarılmasa, sülhməramlıların fəaliyyətləri yenidən müzakirə mövzusuna çevrilə bilər:

"Ermənistan tərəfinin daha əvvəllər də həyata keçirdiyi təxribatçı fəaliyyətlər və səsləndirdiyi qıcıqlandırcı bəynatlar nəticəsində, Azərbaycan öz ərazilərini, o cümlədən ətraf rayonları və Şuşa və Hadrut daxil olmaqla Qarabağın böyük bir hissəsini işğaldan azad etdi. Sülhməramlılar isə onlara aid funksiyalardan başqa fəaliyyətlər ilə məşğul olmalı deyil. Onların gözü qarşısında Qarabağdan çıxarılmalı olan erməni silahlıları yenidən müdafiə qurğuları hazırlamaqla məşquldur. Bunlara son qoyulmasa və silahlılar ən qısa müddətdə Qarabağdan çıxarılmasa, Azərbaycan hakimiyyətinin razılığı ilə torpaqlarımıza buraxılan sülhməramlıların fəaliyyətləri yenidən müzakirə mövzusuna çevrilə bilər".



