"Doğrudan da bizi heç bir milli aktyorumuzun güldürmədiyi qədər güldürən Paşinyana sülh müqaviləsindən sonra "Azərbaycanın xalq artisti” adını da vermək olar...”
Bu gün – Ermənistanın baş naziri sayılan Paşinyanın istirahət günüdür.
Veteninfo.az xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində paylaşım edilib.
"Bu gün - 1 aprel Paşinyanın peşə bayramı olduğu üçün onun istirahət günüdür...”- ermənilər daha sonra belə yazır.
P.S. Doğrudan da xüsusən 2020-ci ilin sentyabrın 27-dən, yəni Azərbaycan ordusunun son müzəffər savaşı başlayandan bu günədək öz yanlış və gülünc siyasi davranışları ilə Azərbaycan auditoriyasını da heç bir milli aktyorumuzun güldürmədiyi qədər güldürən Paşinyana Ermənistan tam təslim olub sülh müqaviləsini imzaladıqdan sonra "xalq artisti” adını vermək olar...
Moderator.az



