Milli Məclisin deputatı Cavanşir Feyziyev Lider TV-də çıxışı zamanı qeyd etdi ki, Ermənistanda baş verən hadisələr Rusiya və Qərb toqquşmasının nəticəsidir.
"Ümumiyyətlə SSRİ dağıldıqdan sonra Rusiya keçmiş sovet respublikalarında öz nüfuzunu qorumaq üçün Qərblə bu məkanda qarşıdurma siyasətini seşdi və Ermənistanda baş verən hadisələr bunun aydın təzahürüdür. Ermənistanın taleyi öz əlində olmayıb və həmişə xarici qüvvələrdən asılı bir dövlət olub”, Feyziyev xüsusi vurğuladı.



