ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib ki, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirmiş erməni terrorçu Hampinq Sasunyanın şərti azadlığa buraxılması barədə məhkəmə qərarından son dərəcə məyus olub.
Veteninfo.az xəbər verir ki, bu barədə "Anadolu” məlumatb yayıb.
"Birləşmiş Ştatlar həmişə "diplomatların təhlükəsizliyini " prioritet məsələ hesab edib və bu cür cinayətlərə aidiyyəti olan şəxslərin maksimum sərt cəzalandırılmasının tərəfdarıdır. Biz şərti azadlığa qarşı çıxırıq. Diplomatın ünvanına hədə - qorxu yalnız ciddi cinayət deyil, bütövlükdə diplomatiyaya təhlükədir", - deyə Dövlət katibinin yazılı bəyanatında bildirilir.
Blinken qətlə yetirilmiş türk diplomatının doğmalarına və yaxınlarına və Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) bir daha başsağlığı verib.
Xatırladaq ki, Hampiq Sasunyan və onun silahdaşı Krikor Səlib türkiyəli diplomatı 28 yanvar 1982-ci ildə Los-Ancelesdə avtomobilində güllələyib. "Erməni soyqırımı" məsələsində ədalət uğrunda mübarizə aparan erməni terror təşkilatının üzvü Hampiq Sasunyan şikayət vermək hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilərək, Kaliforniya ştatının" San-Kventin"həbsxanasında saxlanılırdı.
Qaçan Saliba isə elə həmin ildə Livanda münaqişə zamanı öldürülüb.



