"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğuluq Agentliyi hazırda üzərində işlədiyi elektronlaşma proqramları içərisində mövcud əmək kitabçalarının elektronlaşmasıda vardır.İlkin mərhələdə biz işə götürülən şəxslərin elektron əmək kitabçalarının hazırlanmasını həyata keçirəcəyik”.
Vətəninfo.az xəbər verir ki. Bu firkirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğuluq Agentliyinin İdarə Heyyətinin sədri Mustafa Abbasbəyli Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkil etdiyi "Rəqəmsal Məşğulluq”mövzusundə keçirilən online konfransda bildirib. M.Abbasbəyli qeyd edib ki, ikinci mərhələdə uzun illərdir vətəndaşlarda olan əmək kitabçalarının elektronlaşmasın həyata keçirəcəklər: "Amma bu o demək deyil ki,insanlardan mövcud əmək kitabçaları toplanacaq.Biz o əmək kitabçalarını elektron bazaya köçürdükdən sonra,həmin kitabçaları vətəndaşlar özlərində saxlayacaqlar”.
Vətəninfo.az



