"Azərbaycanda Ombudsman təsisatının institisional səlahiyyəti çox deyil. Mən ümumiyyətlə bütün sahələrin bir Ombudsmana həvalə edilməsini düzgün saymıram”.
Veteninfo.az xəbər verir ki, bunu deputat Erkin Qədirli Milli Məclisdəki çıxışında deyib.
O qeyd edib ki, xarici ölkələrdə sahəvi ombudsmanlar var:
"Bizdə isə bir nəfər bütün bu yükəri daşımalı olur. Bir dəfə informasiya ombudsmanı yaradılması təklifi var idi. Amma olmadı. Biz sahəvi ombudsmanların yaradılmasına çalışmalıyıq. Eyni zamanda Ombudsmanın qanunvericilik təşəbbüsü hüququ olmalıdır. Çox güman ki, bu hesabatdakı təkliflər havada qalacaq. Qanunveicilik təşəbbüsü hüququ olmasa, kimliyindən asılı olmayaraq bu məsələ təsirsiz olacaq”.



