Ermənistanın "Vətənin qurtuluşu hərəkatı” adlı müxalifət təşkilatı fevral ayının sonundan parlament binası yaxınlığında bağladığı Baqramyan prospektini açmaq qərarına gəlib.
Veteninfo.az TASS-a istinadən bildirir ki, hərəkatın mətbuat xidməti prospektlə kəsişən küçədə çadır düşərgəsini saxlayacaqlarını bildirib.
Yerli KİV isə Ermənistan müxalifətinin bir müddətlik məcburi fasilədən sonra yenidən aktiv mitinqlərə başladığı barədə anons verib.
Qeyd edilir ki, "Vətənin Qurtuluşu Hərəkatı"nın 28 mart saat 15: 00-da Baqramyan-Dəmirçiyan küçələrində başlayacaq etiraz aksiyası zamanı müxalif qüvvələrin gələcək fəaliyyətləri ilə bağlı yeni planlarının təqdim ediləcəyi gözlənilir.
O da bildirilib ki, cari şərtlərə uyğun keçiriləcək yeni siyasi aksiyalara bölgələrin əhalisi də cəlb ediləcək.



