"Qarabağda müharibədən qaçmaq olardı”.
Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan RBK-ya müsahibəsində deyib.
"Mənə elə gəlir ki, bu cür problemlərin hərbi əməliyyatlar olmadan həll yolunu tapmaq həmişə mümkün idi", - deyə Sarkisyan qeyd edib.
O xatırladıb ki, birinci müharibədən sonra münaqişənin həlli ilə məşğul olan təşkilat fəaliyyət göstərib, söhbət ATƏT-in Minsk qrupundan gedir. O, ünsiyyət, dialoq və s. üçün mexanizm təmin edirdi.
"Amma biz tərəfdən baxsaq, səhvlərimizdən danışırıq-biz yenidən istədiklərimizə inandıq. Bizə elə gəldi ki, müharibə artıq qurtarıb, məsələ artıq həll olunub. O isə heç də həll olunmamışdı", - deyə prezident vurğulayıb.
O hesab edir ki, Ermənistan müəyyən addımlar atmalı – Qarabağda müdafiə qabiliyyətini gücləndirməli, daha müasir hərbi infrastruktur yaratmalı idi.



