Ermənistanda son sutka ərzində daha 818 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Veteninfo.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunur ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 177 104 nəfərə yüksəlib.
Ermənistanda koronavirusdan bir gündə həm də 4 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin sayı 3243-ə çatıb.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 835 nəfərdir. Aktiv xəstələrin sayı 7308 nəfər təşkil edir.



