Xəbər verdiyimiz kimi Cəlilabad Mərkəzi Xəstəxanasında gənc qadın doğuş zamanı dünyasını dəyişib.
Veteninfo.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Aytac Mustafayeva bətnindəki körpəylə birlikdə xəstəxanada dünyasını dəyişib. Əməkdaşımız hadisənin səbəbin öyrənmək üçün Cəlilabad Mərkəzi Xəstəxasının direktoru Elnur Azadxanovla əlaqə saxlayıb.
E.Azadxanov saytımıza açıqlamasında A.Mustafayevanın xəstəxanaya çatdırılarkən vəziyyətinin ağır olduğunu və həkimlərin səyinə baxmayaraq onu xilas edə bilmədiklərini təəssüflə qeyd edib:
"Aytac Mustafayeva xəstəxanaya daxil olarkən kritik ağır vəziyyətdə idi. Bətnindəki körpəsi artıq tələf olmuş və 40 dərəcə hərarətlə intoksikasiya vəziyyətində toksik şok halında idi. Reanimasiya şöbəsində xəstəyə dərhal müdaxilə edildi və reanimasiyaya daxil olarkən klinik ölüm keçirdi. Daxil olarkən düşünülən ilkin diaqnoz : 28 həftəlik hamiləlik. Ölü döl. Pulmonar tromboemboliya Aqonal vəziyyət idi. 45 dəqiqə ərzində xəstəyə kardiopulmonar resustasiya (reanimasiya) olundu. İntibasiya edildi və ürəyin massajı, süni tənəffüs və 6 dəfə kardioversiya (elektroşokla defibrillyasiya) edildi. Bütün medikal tədbirlər protokola uyğun aparıldı. Aparılan resustasiya və reanimasiya tədbirləri nəticə vermədi. Xəstəni həyata qaytarmaq mümkün olmadı. Məhkəmə tibbi ekspertizası tərəfindən meyit təşrih olunub və son klinik diaqnoz bir neçə gündən sonra məlum olacaq”./Moderator.az



