Azərbaycanda hər kəsin vicdan azadlığına dərin hörmətlə yanaşılır, ölkədə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, ayrı-ayrı dini icmaların ibadət yerləri sərbəst şəkildə fəaliyyət göstərir.Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan topraqlarında xalqımızın milli-mədəni irsi, mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, hətta qəbir daşlarını belə yerindən çıxarılıb. Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər və kəndlər məhv edilmişdir. Azərbaycanın Ermənistanın silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərində vandalizmin izlərinə hər addımda rast gəlmək olar.Azərbaycan Prezidenti düşməndən təmizlənmiş ərazilərdəki müşahidələrini belə ifadə etdi: "Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir.Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın”.
Şuşa şəhərinin əsası 1751-ci ildə Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qoyulub və şəhər hətta bir müddət Pənahabad da adlandırılıb. Qeyd etdiyimiz kimi, erməni vəhşilikləri zamani Pənahəli xan sarayida dağıdılmışdır. Ermeni vəhşiliklərindən danişmaqla bitməz.Tarixi abidələrimiz, məscidlərimiz, məscidlərimizdə heyvan saxlamaqları bizim xalqa qarşı etdikləri hörmətsizlik və dini təhqirdir. Atalarımız yaxşı deyib, "Gərək düşmənin mərdi ilə vuruşasan".
Ermənistan dövləti nə qonşu kimi qonşu ola bildi, nə də düşmən kimi düşmən. Azad olunan kəndlərdəki dağıntıları, məzarların təhqir edilməsini, tarixi abidələrimizin sıradan çıxarılmasını, tanınmış insanların heykəllərinin bərbad hala salınmasını, yandırılmış meşələri, məscidlərdə dinimizi məsğərəyə qoyacaq şəkildə donuz saxlamaqlarını və saya bilmədiyim yüzlərcə hadisələrdən sonra əmin oluruq ki, dünya üzərində ermənilər kimi ikinci bir vəhşi millət yoxdur.
Təbii ki, bizim üzərimizə bu problemlərin həlli istiqamətində işlər görülməsidir. Yenidən şəhərsalma işləri həyata keçiriləcək, Türkiyədə sınanan "ağıllı kənd” layihəsi ölkəmizdə də tətbiq olunacaq. Ağaclar əkilməklə meşə sistemimiz bərpa olunacaq və bununla da xarici ölkələrdən taxta ixracı əhəmiyyətli dərəcədə azalacaqdır. Nəqliyyat şəbəkəsinin bərpası və yeni yolların çəkilişi digər rayonlarla avtomobil əlaqələrinin yaranmasına səbəb olacaq. Xalq olaraq biz Şuşamızı və digər azad olan torpaqlarımızı dirçəldəcəyik və dirçəltməyə başlamışıq. Bu xalqın gücüdür, bu yolda addımlayırıq. Cənab Prezidentimizin dediyi kimi ;
Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: "Şuşa Azərbaycandır!”, "Qarabağ Azərbaycandır!”.
Nəsimi rayon gənci
Cəlalzadə Süsənbər



