Gürcüstanda son sutkada koronavirusa 171 yeni yoluxma faktı təsdiqlənib, 382 nəfər sağalaraq evə buraxılıb, 14 pasiyent vəfat edib. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 280 472 nəfər yoluxub ki, onların da 272 601-i sağalıb, 3 765-i isə dünyasını dəyişib.
Son 24 saat ərzində 14 298 test yoxlaması aparılıb.
Ermənistanda isə son sutkada daha 424 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 190 741-ə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 3 476-ya yüksəlib. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 882 nəfərdir. İndiyədək 172 096 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 14 287 aktiv koronavirus xəstəsi var.



