Bəzən tarixdə elə adamlar olur ki , onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın , ölkənin tarixini yazmaq lazım gəlir. Heydər Əlirza oğlu Əliyev də məhz həmin xoşbəxt adamlardan idi. Keçən XX əsrin 30 ili Azərbaycan üçün Heydər Əliyev dövrü olub. Azərbaycan çətin vəziyyətdə olduğu bir zamanda , Heydər Əliyev hakimiyyətə gəlmiş , sanki qaranlıqda işıq gözləyən xalqın üzərinə günəş kimi doğmuşdu. Heydər Əlirza oğlu Əliyev tarixi yaradan və tarixi yaşadan şəxsiyyətlərdən biri idi. Onun Azərbaycanın milli tarixində özünəməxsus yeri var. Heydər Əliyevin zəngin irsi hələ uzun müddət politoloqların , filosofların tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olub. Heydər Əliyev milli dəyərlərə önəm verdiyi üçün azərbaycanlıların sonsuz sevgisini qazanmışdı. Azərbaycan xalqının apardığı müstəqillik mübarizəsində misilsiz xidmətləri ilə hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.
Ulu öndərimiz qətiyyətli , uzaqgörən siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir. Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi dövründə - 60-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşaygırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş , milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Heydər Əliyev KP MK-nın birinci katibi seçilən zaman Azərbaycan haqqında nəinki keçmiş ittifaqda , həmçinin dünyanın bir çox ölkələrində konkret bir fikir formalaşdı : Bura təkcə " Neft Bakısı deyil” , öz qədim tarixi və mədəniyyəti ilə seçilən , intellekti olan bir ölkədir. Ümummilli lider Heydər Əliyevin nitqində istifadə etdiyi ifadələr nəinki Azərbaycanda , hətta qardaş ölkə olan Türkiyədə də sevilir və dillər əzbəri olub . Heydər Əliyevin qardaş Türkiyə üçün istifade etdiyi : " Biz bir millət , iki dövlətik” ifadəsi bütün Türk dünyasının qəlbində taxt qurub. Heydər Əliyev hakimiyyətdə olan zaman öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı , onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görədə bu dövr Heydər Əliyevin adı ilə sıx bağlıdır və bu dövr Heydər Əliyev dövrü adlanır. Heydər Əliyevin əzmi sayəsində Azərbaycanda nəhəng layihələr və yenidən qurma işləri həyata keçirilirdi. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonrakı dövr milli özünüdərkin , özünəqayıdışını başlanğıcı hesab olunur. Tarixə öz adını qızıl hərflərlə yazdıran ümumilli lider həmişə öz xalqı olan Azərbaycanı sevmiş , azərbaycanlı olduğu üçün fəxr etmişdir. Bunu biz ümümmilli liderimizin nitqində işlətdiyi , böyükdən kiçiyə kimi hamının əzbər bildiyi : " Mən həmişə fəxr etmişəm , bu gündə fəxr edirəm ki , mən azərbaycanlıyam” – sözlərindən açıq görə bilərik. Bu gün isə Azərbaycana Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyev başçılıq edir. İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycan təkcə sosial-iqtisadi sistemdə deyil , həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş , səmərəli intensiv islahatlar aparılmışdır. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, dövlətimizin idarəçilik sükanı başında Heydər Əliyevin yetirməsi , onun yaratdığı siyasi məktəbin davamçısı Prezidentimiz İlham Əliyev durur.
Bakı Slavyan Universiteti
Güllü Cəfərova



