"Türkiyə Silahlı Qüvvələri hazırda ölkəmizin və qədim köklərə sahib millətimizin haqq və mənfəətlərini qorumaq üçün ciddi mücadilə aparır”.
Vətəninfo.az Türkiyə KİV-nə istinadən bildirir ki, bunu Türkiyə Milli müdafiə naziri Hulusi Akar deyib.
"Dost və qardaş ölkələrin haqq və mənfəətlərini müdafiə etmək, onların haqlı davalarında yanlarında olmaq üçün İraqın şimalında, Suriyanın şimalında, Liviyada, Əfqanıstan, Kosovoda, Azərbaycanda və digər coğrafiyalardan gərgin mübarizə aparırıq”, - nazir bildirib.



