Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 118 milyon 161 min 858 nəfərə çatıb.
Vətəninfo.az xəbər verir ki, məlumatı "Worldometers” saytı yayıb.
Qeyd olunur ki, pandemiya qurbanlarının sayı 2 milyon 622 min 136 nəfərdir. İndiyədək 93 milyon 855 min 467 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 801 506 nəfər virusa yoluxub, 540 574 pasiyent dünyasını dəyişib.



