Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 126 milyonu keçib.
Veteninfo.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya ölkələri üzrə yoluxma sayı 126 milyon 89 min 153 nəfərə çatıb.
Pandemiya qurbanlarının sayı isə 2 milyon 767 min 726 nəfərdir. İndiyədək 101 milyon 743 min 702 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 92 min 391 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatınına əsasən, ötən sutka ərzində 575 191 nəfər koronavirusa yoluxub, 10 424 nəfər dünyasını dəyişib.



