Krımdan nümayəndə heyəti Ermənistana səfər edəcək.
Bunu "RİA Novosti”yə Krımın Rusiya Prezidenti yanında daimi nümayəndəsi, bölgə baş nazirinin müavini Qeorqi Muradov deyib.
"Krımın rəsmi nümayəndə heyətinin səfəri aprelin birinci yarısına planlaşdırılır. Ancaq səfər Ermənistanda məqbul və sabit siyasi vəziyyətin qalması şərti ilə həyata keçiriləcək”, - Muradov bildirib.
Onun sözlərinə görə, yarımadanın Rusiyaya birləşməsinin 7-ci ildönümü münasibətilə Ermənistanda "Krım Respublikası Günləri”nin keçirilməsi planlaşdırılır.
"Söhbət iqtisadi, işgüzar, turizm və mədəni potensialın təqdimatından gedir", - deyə Muradov əlavə edib.
Xatırladaq ki, Krım 2014-cü ilin martında keçirilən referendumdan sonra Rusiyaya birləşdirilib. Beynəlxalq birlik Krımı Ukraynanın ərazisi olaraq tanıyır. Krımın ilhaqından sonra Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edilib.



