Ötən gün Lökbatanda iki məktəbli qızın özlərini eyni vaxtda 9-mərtəbəli binanın damından ataraq intihar etməsi barədə sarsıdıcı xəbər ölkə gündəmini zəbt etdi. Qobu qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri olan 2005-ci il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı və 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı rəfiqə olublar, onları intihara hansı səbəblərin sürüklədiyi hələ məlum deyil. Hüquq-mühafizə orqanları araşdırma aparır.
"Qafqazinfo" intihar edən məktəblilərdən biri, Səmədova Əfruz Rafiq qızının görüntülərini əldə edib. Məlum olub ki, sinif yoldaşı, 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı ilə birgə intihar edən Əfruz rəssam imiş.
Təhsil naziri Emin Əmrullayev ötən gün intihar edən məktəblilərlə bağlı sosial şəbəkə hesabından paylaşım edib. Nazir bu faciəli hadisədən kədərləndiyini bildirib: "Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”
Əməkdaşlarımız bu sarsıdıcı faciə barədə daha ətraflı məlumatlar əldə etməyə çalışır.



