Azərbaycan xalqının Milli Azadlıq Hərəkatının son mərhələsi 1988-1991-ci illəri əhatə edir və bu illərdə baş verən bir sıra hadisələr bu istiqamətdə özünəməxsus yer tutur.1988-ci ilin yanvar ayında Qafan və Mehri rayonlarından ilk qaçqınların Azərbaycana köçməsi, 19 fevral tarixində Bakıda mitinq keçirilməsi hərəkatın başlanğıc mərhələsidir. Xalq hərəkatında Naxçıvanda 1989-cu il 31 dekabr tarixindı Araz çayı boyu Azərbaycan- İran sərhəd qurğularının dağıdılması milli həmrəylik göstəricisi idi. 1990-cı il 20 Yanvar faciəsi Xalq hərəkatının qanlı səhifəsi olmuş, xalqın cəsarətini əks etdirirdi. 1990-cı il 20 iyulunda Heydər Əliyevin Moskvadan Bakıya qayıtması, lakin mövcud hakimiyyətin onun Bakıda qalmasına imkan vermədiyi üçün Naxçıvna getməsi xalq hərəkatında dönüş mərhələsi oldu. Belə ki, Heydər Əliyevin 1990-cı il sentyabrında keçirilən Ali Sovetə seçkilərdə Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilməsi, 1990-cı il noyabrında Naxçıvan MSSR-in adından "Sovet Sosialist” sözünün götürülməsi, üçrəngli bayrağımızın Naxçıvan MR-ın rəsmi bayrağı kimi qəbul olunması artıq ölkədə müstəqillik yolunda addımların atılması demək idi. Məhz bunun davamı olaraq, 1991-in fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə ölkə "Azərbaycan Respublikası” adlandırıldı. Moskvanın təsiri altında olan hökümət rəhbərliyi 1991-ci il martında SSRİ-nin saxlanması ilə bağlı referendum keçirir,lakin Naxçıvan MR əhalisi referendumda iştirak etməkdən imtina etdi. Naxçıva MR və Heydər Əliyevin bu referendumda iştirak etməkdən imtina etməsi müstəqillik yolunda irəliləyən xalq üçün siyasi bir addım idi.
1991-ci il 18 oktyabr " Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akt”nın qəbul edilməsi ilə müstəqilliyini bərpa etdi. Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində bədxah qonşularla mübarizə aparmaqla yanaşı, daxili düşmənlərin xəyanətləri ilə də üzləşmişdir. Ulu öndər Heydər Əliyevin siyasi gücü sayəsində qarşısı alınmış 1993-cü ilin iyunun 4-də Gəncədə Sürət Hüseynovun başçılıq etdiyi hərbi qiyam, 1993-cü ilin avqustunda Əlikram Hümbətovun ölkənin 7 cənub rayonunda " Talış-Muğan Respublikası” yaratmaq adı altında səbəb olduğu iğtişaşlar bu xəyanətlərə misaldır.
1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikasına ilk dəfə prezident seçilməsi ilə dövlətçilik tarixində yeni bir dönəm başladı. 1993-1998-ci illəri əhatə edən birinci prezidentliyi dövründə Heydər Əliyev Azərbaycan Respublikası hüquqi, demokratik dövlətə çevirmişdir. Heydər Əliyev bu illərdə istər mərkəzi hakimiyyətə, istərsə də xalq birliyinə zidd olan qiyam, dövlət çevrilişi cəhdləri ilə mübarizə aparmış və xalqın ona olan inamı sayəsində qalib gəlmişdir. 1994-cü il martın əvvəllərində erməni terrorçuları ilə əlbir olan "Sadvalçılar” təşkilatının üzvlərinin ölkənin şimal-şərqində "Ləzgistan dövləti” yaratmaq cəhdi, 1994-cü il oktyabrın 2-də XTPD-nin 30 döyüşçüsü Respublika prokurorluğunu tutması, 4 oktyabr tarixində Gəncədə Sürət Hüseynov tərəfdarlarının İcra Hakimiyyəti binasını tutmaları həmin dövr üçün ölkənin ayrı-ayrı ərazilərində mərkəzdənqaçma meyllərinin təzahürüdür. Bu cür seperatçı meyllərdən biri də 1995-ci il 3-16 mart tarixində "OMON” qüvvələrinin Ağstafa və Qazax rayonu ərazilərində dövlət idarələrinə silahlı hücum edilmiş, dövlətə qarşı faktiki qiyam həyata keçirilmişdir. Bakıda isə 1995-ci il 15-17 mart tarixində "8-ci kilometr” qəsəbəsi ərazisində Xüsusi Təyinatlı Polis Dəstəsinin polkovniki Rövşən Cavadovun rəhbərliyi ilə qiyam qaldırması da mərkəzi hakimiyyəti zəiflətmək üçün atılmış addım idi. Qiyamçılar tərkibinə keçmiş prezident Əbülfəz Elçibəy və Ayaz Mütəllibovun da daxil olduğu Dövlət Şurası yaradacaqlarını qəzetlərdəki müsahibələrində vurğulamış, Prezident Heydər Əliyev və Ali Sovet sədrinin istefası tələbi ilə hökümət idarələrini ələ keçirmək üçün hücuma başlamış, lakin hökümət qüvvələri tərəfindən zərərsizləşdirilmişdi.
Azərbaycan xalqı bu cür daxili düşmənlərin xəyanətlərinə qarşı mübarizədə ümummilli lider Heydər Əliyevin siyasi manevr qabiliyyətinə güvənmiş, hər zaman onun çağırışlarına dəstəklə cavab vermişdir. 1995-ci il mart hadisələri zamanı Heydər Əliyevin radio və televiziyada xalqa çağırışı və xalqın onun yanında olması ona olan inamın təzahürüdür.
Dövlətin tarixində olan özbaşınalıqlar, seperatçı meyllər, mərkəzdənqaçan qüvvələr anarxiyanın, pərakəndəliyin yaranmasına əsas verəcək xəyanətkarlıqlardır. 1995-ci il mart hadisələri Azərbaycan xalqına və onun dövlətçilik tarixində qalacaq xəyanətkarlıq nümunəsidr.
Nəsimi rayon
Oruclu Nailə



