NATO-nun Birləşmiş Quru Qoşunlarının komandanı general-leytenant Rojer Klotyenin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya səfərə gəlib.
Vətəninfo.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sirski məlumat verib.
Onun sözlərinə görə, Rojer Klotye ilə görüş zamanı tərəflər Ukrayna və Alyansın quru qoşunları komandanlığı arasında hərbi əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
Bu arada Türkiyəyə məxsus "Sokulli Məhməd Paşa" hərbi gəmisi Ukraynanın Odessa limanına yan alıb.
Ukraynanın "Armiyainform" nəşrinin məlumatına görə, Türkiyə gəmisi ilə yanaşı İspaniya və Rumıniya donanmasına məxsus gəmilər də limana yan alıblar.
Qeyd olunur ki, NATO ilə Ukrayna hərbi donanması arasında təlimin keçirilməsi planlaşdırılır.



