Ölkəmizdə bacarıqlı və istedadlı gənclər çoxdur. Onlardan birinin – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu – "Azdövsutəslayihə” İnstitutunun əməkdaşı, Azərbaycan Hidrotexniki və Meliorasiya Elm-İstesalat Birliyinin doktorantı Nicat Paşayevin ölkəmizdə aparılan islahatlar, respulikamızda gənclərə göstərilən diqqət və qayğı və digər məsələlərlə bağlı mövqeyini oxucuların diqqətinə çatdırırıq.
-Nicat, son vaxtlar ölkəmizdə müxtəlif sahələri əhatə edən genişmiqyaslı islahatlar aparılır. Aparılan bu islahatların mahiyyəti, əhəmiyyəti və s. ilə bağlı nə söyləyə bilərsiniz ?
Əslində aparılan bu islahatlar təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatların zamana və şəraitə görə uğurlu və məntiqli davamıdır. Ulu öndərimizin siyasi kursunu layiqlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə olkəmizin hərtərəfli inkişafı naminə onun bütün sahələrində vaxtaşırı islshatlar həyata ktçirilir. Bu gün iqtisadi inkişafını uğurla davam etdirən respublikamız məhz həyata ktçirilən bu islahatlar sayəsində olduqca güclü rəqabət qabiliyyətli iqtisadiyyata malikdir və iqtisadi inkişaf göstəricilərinə görə dünyada öncül ölkələr sırasındadır.
Respublikamızda genişmiqyaslı islahatların ardıcıl olaraq aparılması və bu istiqamətdə olduqca vacib və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ölkə vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşmasına, onların sosial rifahının daha da yüksəlməsinə xidmət göstərməklə bərabər, həm də ölkəmizin davamlı, dinamik inkişafının təmin olunmasına da öz töhvəsini vermişdir.
Son dövrlər ölkəmizdə aparılan islahatlar isə artıq yeni məzmun almağa başlayıb və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Beləki, indi həyata keçirilən islahatlar ölkəmizin bütün sahələrini hərtərəfli əhatə etməklə bərabər, həm də daha çevik və sürətlə aparılması ilə diqqəti cəlb edir. Bu isə dövrün tələbi, eləcə də islahatların həyata keçirilməsi üçün ölkəmizdə tarixi şəraitin yaranmasının, respublika rəhbərliyinin siyasi iradə və qətiyyətlinin, respublikamızda demokratik və şəffaflıq mühitinin bərqərar olmasının nəticəsidir.
-Bir gənc mütəxəssis kimi ölkəmizdə aparılan islahatların hansı xüsusiyyətləri daha çox sizin diqqətinizi cəlb edir ?
Əvvəla qeyd edim ki, hər bir ölkə vətəndaşı kimi mən də bütövlükdə respublikamızda aparılan islahatları bəyənərək alqışlayıram. Bu gün respublikamızda aparılan islahatlarda ölkə gəncliyinin problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşılması, yeni vəzifələrə təyinat zamanı gənc kadrlara etimad göstərilməsi, idarəetmə strukturlarında gəncləşdirmə siyasətinin həyata keçiriməsi bir gənc mütəxəssis kimi mənim daha çox diqqətimi cəlb edir. Bütün bunlar respublikamızda yeni mərhələyə qədəm qoyan islahatların gənclər üçün olduqca geniş imkan və perspektivlər vəd etdiyindən xəbər verir. Bu gün ölkəmizdə bütün sahələrə, xüsusən də təhsil sisteminə, elmə olan yanaşmanın köklü şəkildə dəyişməsi, bu vacib sahənin daha müasir və effektli bir formada yenidən qurulması ölkəmizdə aparılan islahatların daha məsuliyyətli mərhələyə adlamasını göstərir.
Dünyanın əksər inkişaf etmiş ölkələrində təhsilin inkişafı həmin ölkənin inkişaf konsepsiasının tərkib hissəsi sayılır. Odur ki, son illərdə ölkəmizdə təhsi sahəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər göstərir ki, gənc nəslin savad səviyyəsinin yüksək olması, onların bilik və bacarıqlarının müasir tələblərə cavab verməsi respublikamız üçün prioritet məsələlərdən biridir. Ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təhsilin inkişafının ölkəmizdə dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri olduğunu bir daha təsdiqləyir.
Bu gün Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, təhsilin inkişafı ilə bağlı müvafiq dövlət proqramları uğurla icra edilir. Bu proqramların icrası orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, ölkəmizin ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası və s. sahələri əhatə edir.
Son illər elm sahəsində də olduqca ciddi islahatlar aparılır və aparılan bu islahatlar artıq öz müsbət nəticələrini verir. Aparılan islahatlar, görülən tədbirlər nəticəsində Azərbaycan elmi və elm adamları beynəlxalq səviyyədə tanınır və qəbul olunur.
Təbii ki, bütün bu sadalananlar bir gənc mütəxəssis və doktorontura təhsili alan bir gənc kimi məni olduqca sevindirir.
-Nicat, Siz meliorasiya və su təsərrüfatı sahəsində çalışırsınız. Bir gənc hidrotexnik kimi respublikamızda kənd təsərrüfatı sahəsinin və aqrar sektorun hərtərəfli, davamlı və dinamik inkişaf etməsində mühüm rol oynayan bu sahə ilə bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı ...
Bəli, mən meliorasiya və su təsərrüfatı sahəsində, konkret olaraq isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu – "Azdövsutəslayihə” İnstitutunda çalışıram. Yeri gəlmişkən, bu İnstitut 85 ildən artıq bir müddətdir ki, respublikamızda su problemləri ilə, daha dəqiq desək, su təsərrüfatı və meliorasiya obyektlərinin layihələndiriməsi ilə məğul olur.
Bildiyimiz kimi su planetimizin canlı aləminin yaşamasında mühüm əhəmiyyət kəsb edən ən qiymətli sərvətdir. Hal-hazırda dünyada ən qlobal problemlərdən biri su ehtiyatlarının çatışmamazlığıdır. Beləki BMT-nin hesabatlarına görə bu gün dünya əhalisinin 2 mlrd. nəfəri su çatmamazlığından əziyyət çəkir. Dünyada qlobal iqlim dəyişikliklərinin baş verməsinin və əhalinin təbii artımının su qıtlığının coğrafiyasının daha da genişlənməsinə səbəb olacağı və 2025-ci ilə qədər bu rəqəmin 3 mlrd. nəfərə çatacağı gozlənilir.
Dünyanın qırxa yaxın ölkəsi – Liviya, Slovakiya, Özbəkistan, Küveyt, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Malta və digərləri olduqca məhdud təbii su ehtiyatlarına malikdirlər. Təəssüf ki, bu ölkələr arasında Azərbaycan da vardır.
Azərbaycan su ehtiyatlarının məhdudluğu və şirin su ehtiyatlarının həcmi baxımından Cənubi Qafqazın ən "kasıb” ölkəsi sayılır. Azərbaycanda su ehtiyatı, dünyadakı su ehtiyatlarının orta göstəricisindən də aşağıdır. Cənubi Qafqazdakı ümumi su ehtiyatlarının 62%-i Gürcüstana, 28%-i Ermənistana məxsus olduğu halda, Azərbaycanın payına isə yalnız yerdə qalan 10% düşür. Göründüyü kimi respublikamız ümumi su ehtiyatlarının həcminə görə qonşularımızdan dəfələrlə geridə qalır.
Respublikamızda yerüstü su ehtiyatları 32,2 mlrd.m³ təşkil edir və quraqlıq olan illərdə isə bu rəqəm 22,6 mlrd. m³-ə qədər azalır. Hazırda respublikamızda orta illik su çatışmamazlığı 3,7 mlrd.m³, az sulu illərdə isə daha çox – 4,75 mlrd.m³ təşkil edir. Bünün bu faktlar isə respublikamızda sudan səmərəli istifadə olunmasının vacibliyini həmişə aktual edir.
Qeyd edək ki, qədim suvarma əkinçiliyi ölkəsi olan Azərbaycan ərazisinin çox hissəsi arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, müxtəlif meliorativ tədbirlər həyata keçirilmədən kənd təsərrüfatı məhsullarının becərilməsi mümkün deyildir.
Azərbaycan torpaqlarında irriqasiya işlərinin və meliorativ tədbirlərin aparılmasına XIX əsrin ikinci yarısında başlanılsa da, onun genişmiqyaslı, intensiv inkişafı Ulu Öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən sonrakı dövrə təsadüf edir. Beləki, Ulu Öndərimizin respublika rəhbərliyinə gəlişi və onun şəxsi təşəbbüsi ilə meliorasiya və su təsərrüfatı sahəsində böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat, layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi yaradılmış və nəticədə qısa müddət ərzində respulikamızda suvarılan torpaqların ümumi sahəsini dəfələrlə artırmaq mümkün olmuşdur.
Bir ölkənin iqtisadi baxımdan inkişafına, əhalinin sosial rifahının və yaşayış səviyyəsinin yüksəlişinə nail olmaq üçün vacib olan amillərdən biri də bu ölkədə kənd təsərrüfatı və aqrar sahənin müasir tələblər səviyyəsində inkişaf etdirilməsidir. Kənd təsərrüfatı və aqrar sahənin inkişafında ən mühüm şərtlərdən biri və bəlkə də birincisi torpaqlardan maksimum dərəcədə səmərəli istifadə edilməsi, onların məhsuldarlığının artırılmasına nail olunmasıdır. Bu vacib amilə həm Ulu Öndərimiz Heydər Əliyev, həm də onun siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmişə xüsusi həssaslıqla yanaşmışlar. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev də çıxışlarının birində torpaqlardan səmərəli istifadə olunmasının vacibliyini qeyd edərək "Kənd təsərrüfatının intensiv yollarla inkişaf etməsi çox vacibdir. Azərbaycanda torpaqlar çox deyil, biz torpağın hər bir qarışığından səmərəli istifadə edilməsi üçün lazımi tədbirlər görməliyik” demişdir .
Ölkə başçımızın bu tövsiyyəsi əsasında bu gün ölkəmizdə torpağa, ondan səmərəli istifadə olunmasına xüsusi önəm verilir.
Kənd təsərrüfatı torpaqlardan maksimum dərəcədə səmərəli istifadə edilməsində meliorasiya və su təsərrüfatı sahəsi xüsusi rol oynayır. Beləki, ərazisinin böyük hissəsi arid zonada yerləşən respublikamızda torpaları əkin dövriyyəsinə cəlb etmək, ondan yüksək məhsuldarlıq almaq yalnız torpaqları suvarma suyu ilə təmin etməklə, burada vaxtaşırı meliorativ tədbirlər aparmaqla mümkündür. Bununla yanaşı şirin su ehtiyatları məhdud olan respublikamızda sudan tam səmərəli istifadə edilməsi üçün su təsərrüfatı və meliorasiya sahəsində həyata keçirilən layihələr kifayət qədər məsuliyyət və keyfiyyətlə hazırlanmalıdır ki, bütün bu vəzifələrin də öhdəsindən ölkə melioratorları layiqincə gəlirlər.
-Nicat, maraqlı müsahibə üçün sizə təşəkkür edir, qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının Həmrəylik günü manasibətilə sizi təbrik edirik !
Təşəkkqr edirəm ! Mən də öz novbəmdə bu hər iki bayram münasibətilə Sizi, oxucularımızı, harada yaşamasından asılı olmayaraq xalqımızın bütün nümayandələrini, xüsusən də, vətənimizin keşiyində duran hər bir Azərbaycan əsgərinin ürəkdən təbrik edir, ölkəmə və millətimə qələbə sevinci, əmin-amanlıq, sosial-rifah və inkişaf arzulayıram !!!