AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri, eləcə də Fəlsəfə İnstitutunun birgə təşkilatçılğı ilə "Pandemiya dövründə fəlsəfə” mövzusunda elmi seminar keçiriləcək.Vətəninfo.az-a AMEA-dan daxil olan məlumatda qeyd edilir ki,seminarda aşağıdakı məsələlər ətrafında müzakirələr aparılacaq:
- Pandemiya dövrünün çağırışları və elmin vəzifələri;
- Pandemiya şəraitində davranış məsuliyyəti və etika qaydaları;
- Müasir şəraitdə A.Kamü və J.P.Sartrın ekzistensializminin aktuallığı haqqında və humanizm;
- İdentiklik və universallığa yeni ideoloji baxış;
- Pandemiyadan sonrakı yeni düzən.
Seminarda çıxış etmək istəyənlər tezislərini (2-3 səhifə həcmində) 30 aprel 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.