Ermənistan baş naziri Nikol Paşinyan silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə Artak Davtyanın namizədliyini irəli sürüb.
Bunu Paşinyanın mətbuat katibi bildirib. Qeyd olunub ki, baş nazir bununla bağlı ölkə prezidentinə vəsatət təqdim edib.
Xatırladaq ki, Artak Davtyan 2018-2020-ci illərdə baş qərargah rəisi vəzifəsində işləyib. O, ötən ilin iyulunda karantin müddətində oğluna toy mərasimi təşkil etdiyi üçün istefa vermişdi.



