Ordu bir dövlətin bel sümüyüdür. Hərbçilərin döyüş meydanında əldə etdiyi uğurlar dövlətin və hakim qüvvələrin gücünü bütün dünyaya nümayiş etdirir. Təbii ki, qorxmaz, yenilməz ordu qurmaq, düzgün hərbi strategiya hazırlamaq asan başa gəlmir. Bunun üçün güclü siyasi iradə, savad və səbr gərəkdir. Azərbaycan Ordusunun ölkə başçımız cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 gün davam edən Vətən müharibəmizdə göstərdiyi qəhrəmanlıq gücümüzün ən bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə davam etdiyi müddətdə bütün çıxışlarında qeyd edirdi ki, biz bütün planımızı mümkün olduğu qədər az itki vermək üzərinə qurmuşuq. Az bir müddətdə tarixə keçəcək qədər böyük bir qələbə əldə etməyimizin başlıca səbəbi düzgün hərbi strategiya ilə irəliləməyimiz idi. Ermənistan hərbi strateqlərini böyük təəcübə məruz qoyan Hadrut əməliyyatı strategiyamızın uğurunun göstəricisidir. Dövlət başçımızın əmri ilə müharibə davam etdiyi müddətdə ordumuz bir dəfə belə olsun düşmənin mülki əhalisinə atəş açmamış, cəbhə xəttdindən kənarda qalan əraziləri dağıtmamışdır. Düşməndən fərqli olaraq biz döyüşü döyüş meydanında aparmış, gücümüzü yalnız burada nümayiş etdirmişik.
Ali Baş Komandan Prezident İlham Əliyevin hazırladığı, qalibiyyət ilə nəticələnən hərbi strategiyası bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində dərs olaraq keçirilir. Bütün bunlardan aydın olur ki, ölkə başçmız Prezident İlham Əliyev həm xalqına verdiyi sözləri yerinə yetirən güclü dövlət başçısı , həm də peşəkar hərbi strateqdir.
Müharibə bitsədə bəzən elə hallar baş verir ki, düşmən bizi qıcıqlandırmağa çalışır, müxtəlif təxribat xarakterli yollara əl atır. Lakin, Azərbaycan ordusu hər an düşmənə adekvat cavab verərək onları məğlub etməyə hazırdır. Düşmən təxribat törətmək əvəzinə öz ağır məğlubiyyətindən dərs çıxarmalıdır.
Bu gün Azərbaycan xalqı öz dövlətinin və ordusunun sayəsində sülh , rifah içində yaşayır. Bizə qələbə sevinci ilə bərabər bu rahatlığı da təmin etdiyi üçün ölkə başçımız Prezident İlham Əliyevə minnətdarıq. Ölkə başçımızın siyasi iradəsi, uğurlu hərbi strategiyası sayəsində qalib dövlətin xalqı olduğumuz üçün qürür duyuruq.
Otuz ildir ki, erməni vandalizminin əsarətində olan Şuşamız rəşadətli ordumuz tərəfindən işğaldan azad olundu. Əsgərlərimizin qanı, canı bahasına torpaqlarımızı mənfur düşməndən geri aldıq. Dəmir yumruq əməliyyatı nəticəsində ayaqlar altında qalan namusumuzu, qeyrətimizi geri qaytardıq. Pandemiya dövründə ordumuzun, xalqımızın mərd, qorxmaz, qürurlu olduğunu bütün dünyaya tanıtdıq. Torpaq, bayraq bizim anamızdır. Bir ovucunu bilə tapdaqlar altında qalmağına izin vermərik!
Təəssüflər olsun ki, ermənilər Şuşanı darmadağın etmiş, tarixi abidələrimizi dağıtmış, daş üstündə daş qoymamışdır. İstədikləri kimi qondarma abidələr yartamış və eybəcər dillərində abidələrdə yazılar yazmışlar. Bütün bunlara baxmayaraq, başda Ali Baş Komandan olmaqla biz Şuşanı dircəldəcəyik. Qələbədən sonra Prezidentimizin fərmanı ilə Şuşa mədəniyyət paytaxtı elan olundu.
"Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümumilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
Bildiyimiz kimi, Ali Baş Komandan hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən bu bayramı doğma torpaqlarımızda qeyd edəcəyimizi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağını Azərbaycan xalqına catdırırdı. Nəhayət o gün gəldi və 2021-ci ilin Novruz bayramı tonqalını Prezident İlham Əliyev Cıdır düzündə yandırdı.
Məmmədova Simranə
Nəsimi rayon gənci



