Şuşa öz gözəlliyi ilə daima dillər əzbəri olmuşdur.Bu gözəl şəhərin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Şuşa Azərbaycanım əzəli torpağı olmuşdur. Lakin mənfur düşmən 1992-ci il may ayının 8-də şəhəri işğal etmiş, şəhərin arxitekturasını məhv etmişdir.Bu 30illik işğal dövründə bir çox mədəni abidələrimizə zərər vermiş, şəhəri viran etmişlər.Dahi şəxsiyyətlərimizin büstlərini,məscidləri, XIX əsrə aid olan Karvansaray tarixi memarlıq kompleksini darmadağın etmişlər.
Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidilir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır.
Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.
Xalqımız 30 ilə yaxın zaman keçməsinə baxmayaraq öz əzmini itirmədi.Səbrlə o böyük günü gözlədi.Və Biz Azərbaycan xalqı bu gün o böyük qələbənin sevinci ilə yaşayırıq. 27sentyabr 2020-ci il tarixində cənab Prezident İlham Əliyevin göstərişi ilə ordumuz əks-hücum əməliyyatlarına başladı.Və biz bu gün qalib ölkəyik.Öz doğma torpaqlarımıza qovuşmuşuq. 8 noyabr 2020-ci ildə cənab prezident öz çıxışında gözlədiyimiz xəbəri xalqa söylədi - ”Şuşa Sən Azadsan! Şuşa biz qayitmışıq!"
10 noyabrda Moskvada Rusiyanın təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə imzalanan kapitulyasiya ilə müharibəsi sona çatdı. Ermənistan ordusu 7000-8000 nəfər canlı itki versə də, Azərbaycan tərəfindən bu Vətən müharibəsində 3000-ə yaxin vətən övladı şəhid olmuşdur.
10 noyabrdan etibarən işğaldan azad edilmiş torpaqlarımızda bir çox abadlıq işləri aparılmışdır.Cənab prezidentimizin Şuşaya səfərləri olmuşdur.15 noyabr 2020-ci il Şuşaya ilk səfərində dahi şəxsiyyətlər Üzeyir Hacıbəyli,Natəvan,Bülbülün büstlərini yenidən layiq olduqları yerə doğma vətənlərinə aparmışdır.Artıq Şuşa günü gündən çiçəklənən bir şəhərdir.Şuşada yollar bərpa edilir,DTX şöbəsi və Polis şöbəsi yaradılmışdır,elektriklə xəttləri ilə təchiz olunmuş, yeni yarımstansiyanın açılışı olmuşdur. Şuşa şəhərində gələcəkdə yaradılacaq gözəl tikintilərin, 5ulduzlu otelin, məktəblərin, mədəni tikililərin ilkin eskizləri hazırdır.Bütün bu bərpa işləri isə Heydər Əliyev fondu tərəfindən maliyyələşdiriləcəkdir.Həmçinin qardaş ölkə Türkiyə də əziz Şuşamızda himnimizin bəstkarı Üzeyir Hacıbəyli adına məktəb tikiləcəyi də bildirilmişdir.Bütün bu sadaladıqlarımız sadəcə Şuşa şəhərində deyil işğaldan azad edilmiş bütün Azərbaycan torpaqlarında edilir və ediləcəkdir. Biz Qarabağımızı necə yenidən öz sahibinə qovuşdura bildiksə öz gözəlliyinə də qovuşduracayıq.
Mustafayeva Aytac



