Vətəninfo.azxəbər verir ki,Azərbaycanda siyasi münasibətlərin daha da yaxşılaşdırması üçün hakimiyyət tərəfindən başladılan dialoq addımları Rəsul Quliyevdə ölkəyə qayıtma eşqi yaradıb.
Belə ki,artıq siyasi müxalifət içərisində bəzi qüvvələr "əgər belə bir dialoq vardırsa,o zaman Rəsul Quliyevin ölkəyə qayıtmıasına da hakimiyyət şərait yaratmalıdır”-fikirlər səsləndirməkdədirlər. Maraqlısı budur ki, Rəsul Quliyevin qeyri rəsmi lideri olduğu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da iqtidarın siyasətin dəstəkləyən açıqlamaları ilə göstərir ki, hakimiyyət,cəmiyyətdə ümumi siyasi münasibətlərdə barı və qarşılıqlı əməkdaşlıq üçün sabiq spikerin uzun illərdən bəri Vətənsizliyənə son qoymağa "yaşıl işıq”yandırmaq niyyətindədir.
Amma bir sıra siyasu ekspertlər hesab edirlər ki, Rəsul Quliyevin Azərbaycana qayıdıb-qayıtmamasından asılı olmayaraq,Azərbaycanda mövcud siyasi müxalifət,xüsusilə də qaraguruhcu qüvvələrin zehniyyətində dəyişikliklər vacıbdir. Onlar yeri gələndə Rəsul Quliyevin özünü belə şantaj etməyə meyillidirlər.



