Ötən gün martın 18-də Rusiya və Belarusun Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qüvvələrinin birgə qərargah təlimləri başa çatıb. Təlimlər çərçivəsində Rusiya hava-kosmik qüvvələrinin aviasiyasının Belarus aerodromlarına yerdəyişməsi sınaqdan keçirilib. Təlimlər zamanı Qarabağdakı və Suriyadakı döyüş əməliyyatlarının təcrübəsi də nəzərə alınıb.
Vətəninfo.az xəbər verir ki.bu barədə Belarus Müdafiə Nazirliyinin məlumat xidməti məlumat yayıb.
Konkret olaraq təlimlərdə Rusiya-Belarus birləşmiş qoşun qruplaşmasının müdafiə xarakterli əməliyyatlarında HHQ və HHM qüvvələrinin tətbiqinin planlaşdırılması həyata keçirilib.



