--Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərdən sonra,parlamentə təkcə yeni simalar seçilmədilər,eyni zamanda parlament rəhbərliyi tamamilə yeniləndi.
Ölkənin qanunverici orqanın rəhbərliyinə parlament tarixində ikinci kəs xanım parlamentari sədir seçildi.Eyni zamanda parlament rəhbərliyində müxalifət nümayəndəsi sədir müavini olaraq təmsil olundu.
Milli Məclisin Sahibə xanım Qafarovanın rəhbərliyi ilə bir illik fəaliyyətinə diqqət yetirsək,ötən bir il içərisində yüzlərlə yeni qanunların qəbulu,müxtəlif ölkələrlə Azərbaycan Respublikası arasında imzalanmış müqavilələrin ratfikasiyası və s,bütün bunlar parlamentin günlük iş rejiminə daxil olan işlərdir.

Mən isə Milli Məclisin yeni rəhbərliyinin parlamentin idarə edilməsi,keçirilən plenar iclaslarda milliət vəkillərinə olan münasibət və eyni zamanda xanım sədrin istər siyasi, istər digər məsələlərin müzakirəsi zamanı göstərmiş olduğu tolerant yanaşma tərzinə diqqəti çəkmək istərdim.Doğurdan da belə bir müsbət qiymətləndirilməlidir.
Əslində elə parlament idarəçiliyi tolerantlıq tələb edir ki,bu da fərqli siyasi baxışların ümumi aditoriyasında vacib hesab edilir.
Müzakirələrin ən kəskin məqamında bir xanım spiker olaraq ortamı yumuşaltmada sözünün kəsərliliyi doğurdan da təqdirəlayiq hesab edilməlidir.
Sahibə Qafarovanın eyni zamanda mediaya açıq bir spiker olması da xüsusi vurğulanmalıdır.
Murtuz Ələsgərovdan sonrakı parlament tarixində media ilə işləyən spileri kimsə xatırlamaz.
İnşallah qarşıdakı 4 ildə də Sahibə xanım başda olmaqla Azərbaycan parlamenti daha da güclü bir şəkildə öz işi ilə xalqın və dövlətin maraqların qoruyan qanunlar qəbul edər.
Nahid Canbaxışlı



