Azərbaycan xalqı 30 ilə yaxin idi ki, Ali Baş Komandanın əmrini gözləyirdi. Nəhayət, 27 sentyabr İlham Əliyev əmri verdi. Xalqımızın ruh yüksəkliyi, torpaq arzusu, şanlı ordumuza güc qüvvət verirdi. Azərbaycan xalqı tarixinin ən möhtəşəm və yadda qalan günlərini yaşadı. Xalqımız bu günləri uzun illərdir ki, gözləyirdi. İşğal altında olan torpaqlarımız 44 gün ərzində işğaldan azad oldu. Ordumuz 44 gün ərzində qələbəmizi tarixə qızıl hərflərlə yazdı. Dövlət başçımızın qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi qalacaq.
İlham Əliyev müsahibələrinin birində söyləmişdir ki, bir qarış torpağımızı belə düşmənə güzəştə getməyəcəyik. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik! Məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar!
Demişdi ki, "Qarabağ Azərbaycandır!"
Dediklərinin hamısını etdi !
"Bayrağı bayraq edən üstündəki al qandır, torpaq uğrunda ölən varsa vətəndir” - demişdir Mithat Camal Kuntay. Həqiqətən də arxaya dönüb baxdıqda əfsuslar olsun ki, igid oğulların qanı olmadan heç bir şeyə nail ola bilməyəcyimizi görürük. Keçmişdən bugünə istər qədim Azərbaycan dövlətlərində, istərdə müasir Azərbaycanda qazandığımız hər uğurun arxasında qəhrəmanlarımızın alın təri, anaların göz yaşı, ocağı sönən evlər var. 2-ci Qarabağ müharibəsi də bunu bir daha sübut etdi. Bəziləri düşünür ki, bu qələbəni həm də güclü artilleriyamız hesabına qazanmışıq. Amma bu tamamilə özünü doğrultmayan bir fikirdir. Təbii ki 21-ci əsr müharibəsində qazanmaq üçün texnika cəhətdən də güclü bazaya malik olmalısan. Ancaq bu texnikanı da işə salan da insan amilidir. Düşmən də silah – sursat baxımından heç də zəif deyildi. Cənab Prezidentin də qeyd etdiyi kimi Ermənistan başqa dövlətlər tərəfindən qanunsuz yolla xeyli silah əldə etmişdi. Lakin məğrur əsgərlərimiz sonunda ölüm olduğunu bilə - bilə bu haqlı davadan əl çəkmədi. Bizim də düşmən qarşısındakı ən böyük üstunlüyümüz elə bu idi. Müharibənin başlanğıcında Qardaş Türkiyə və İsrail dövlətlərindən əldə etdiyimiz PUA-lar və texnika hesabına minimum itki ilə maksimum dərəcədə irəliləyə bilmişdik. Ancaq Şuşaya yaxınlaşan zaman artıq texnika elə də vacib rol oynamırdı. İgidlərimiz dağlara dırmaşa-dırmaşa, keçilməz qayaları fəth edərək Şuşaya daxil oldu. Artıq Şuşanın işğaldan azad edilməsi ilə birlikdə hər şey bitmişdi. Həsrətimiz sona çatırdı. Uşaqdan böyüyə hər kəsin gözündə sevinc göz yaşı var idi. Amma sevinclə bərabər gələn kədər hissi də insanların qəlbinə yerləşmişdi. Bu döyüşlərdə minlərlə gəncimizi itirdik. Bütün bu nailiyyətlərin də onların hesabına əldə olunduğunu bilirik və heç zaman da unutmayacağıq. Təbii ki, əvvəllər də olduğu kimi bu müharibədə də erməni vəhşiliklərinin şahidi olduq. Mübariz ordumuzla üz-üzə gəlməkdən köpək kimi çəkinən düşmən ordusu sərhədyanı kəndlərlə yanaşı, müharibə zonasından uzaqda yerləşən Gəncə, Bərdə kimi şəhərlərdəki dinc əhaliyə atəş açmağa davam etdi. Bu şəhərlərə göndərilən raketlər nəticəsində qadın, uşaq, yaşlı, cavan neçə - neçə dinc sakin şəhid oldu. Atalar demişkən " Gərək düşmənin də mərdi ilə vuruşasan”. Əfsus ki, Ermənistan dövləti nə qonşu kimi qonşu ola bildi, nə də düşmən kimi düşmən. Azad olunan kəndlərdəki dağıntıları, məzarların təhqir edilməsini, tarixi abidələrimizin sıradan çıxarılmasını, tanınmış insanların heykəllərinin bərbad hala salınmasını, yandırılmış meşələri, məscidlərdə dinimizi məsğərəyə qoyacaq şəkildə donuz saxlamaqlarını və saya bilmədiyim yüzlərcə hadisələrdən sonra əmin oluruq ki, dünya üzərində ermənilər kimi ikinci bir vəhşi millət yoxdur. Təbii ki, bizim üzərimizə bu problemlərin həlli istiqamətində işlər görülməsidir. Yenidən şəhərsalma işləri həyata keçiriləcək, Türkiyədə sınanan "ağıllı kənd” layihəsi ölkəmizdə də tətbiq olunacaq. Ağaclar əkilməklə meşə sistemimiz bərpa olunacaq və bununla da xarici ölkələrdən taxta ixracı əhəmiyyətli dərəcədə azalacaqdır. Nəqliyyat şəbəkəsinin bərpası və yeni yolların çəkilişi digər rayonlarla avtomobil əlaqələrinin yaranmasına səbəb olacaq. Devlet Bahçelinin təşəbbüsü ilə Şuşada açılacaq məktəb də xüsusi əhəmiyyət kəsb edir. Bu məktəbdə türkçülük təbliğ ediləcək və şagirdlərə qədim türk tarixi tədris olunacaqdır. Göründüyü kimi ermənilərdən fərqli olaraq ölkəmiz dağıtmaq yerinə quruculuq işləri həyata keçirir. Bütün bu olanlara baxmayaraq cənab prezident də erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul edərək bu ərazidə yaşaya biləcəklərini vurğulamışdı. Tarixi dövr ərzində ermənilərdə formalaşdırılan türk düşmənçiliyi və islamafobiya bizlərə nifrət bəsləmələrinə səbəb olur. Bəlkə də onlarla qonşuluq əlaqələrinin bərpası iqtisadi cəhətdən hər iki dövlətin xeyrinə olar və Ermənistanın daha bundan başqa çarəsi yoxdur. İqtisadiyyatı günü-gündən geriləyən Ermənistan üçün də bu axırıncı çıxış yoludur. Son olaraq yenə də qələbəmizin memarları olan əsgərlərimizə səmimi qəlbdən minnətdarləğımı bildirir, Şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm.
Nəsimi rayon gənci
Cəlalzadə Süsənbər



