30 il bundan öncə Ermənistanın işğalçı qüvvələri 20 faiz torpağımızı zəbt edərək xalqımızı etnik təmizləmə siyasətinə məruz qoyub, Xocalı faciəsi kimi dəhşətli bir soyqırımın qurbanına çevirdilər. Torpaqlarımızın işğal edildiyi gündən qələbə günümüzə qədər keçən müddətdə həm ümumilli liderimiz Heydər Əliyev, həm də onun layiqli davamçısı olan Prezident İlham Əliyev torpaqlarımızın sülh yolu ilə qaytarılması üçün sayısız danışıqlar proseslərində iştirak ediblər. İşğal olunmuş ərazilərimizin bizə məxsusluğunun beynəlxalq birlik tərəfindən tanınması, habelə 1993-cü ildə BMT təhlükəsizlik şurasının erməni silahlı qüvvələrinin torpaqlarımızdan tam və qeyd şərtsiz çıxması haqqında 4 qətnamə qəbul etməsinin siyasi və hüquqi cəhətdən dövlətimiz üçün çox böyük əhəmiyyəti var idi . Lakin, təssüflər olsun ki, qəbul edilən qətnamələr danışıqlar prosesi müddətində məsələnin həll yolunun tapılmasına xidmət etmədi. Ermənistan dövlətinin xüsusilədə son dövrlərdə yürütdüyü siyasət, rəsmi İrəvan tərəfindən verilən açıqlamalar məsələnin sülh yolu ilə həll edilməsinin mümkünsüzlüyünü ortaya qoyurdu . Onlar BMT təhlükəsizlik şurası tərəfindən qəbul edilən qətnamələrə eləcədə digər təşkilatların qətnamələrinə əhəmiyyət verməyərək öz qıcıqlandırıcı əməllərinə davam edirdilər. Bu müddət ərzindətorpaqlarımız etnik təmizləməyə məruz qalmış xalqımıza aidtarixi önəm kəsb edən abidələrimiz o cümlədən yaşayışbinaları dağıdılmışdır. Birinci Qarabağ müharibəsindən sonraminlərlə Azərbaycanlı qaçqın düşüb öz doğma torpaqlarındandidərgin salınmışdılar. Erməni vandallarının bu illər ərzindəkeçirdiyi terror aktları nəticəsində günahsız insanlaröldürülmüşdür. 30 il müddətindəbeynəlxalq təşkilatların qəbul etdiyi bütün qərarlar sadəcəkağız üstündə qalırdı. Hər nə qədər münaqişənin sülh yolu iləhəll olunacağını bildirsələr də, Azərbaycan ordusu, xalqıbunun sülh yolu ilə deyil, deyil hərbi yol ilə həll olunacağınıbilirdi. Bu münaqişəni həll etmək üçün bir çox qurum, təşkilatlar fəaliyyət göstərsə də ermənistan bu qərarlarıgözardı edirdi. İkinci Qarabağ müharibəsində Azərbaycanordusunun göstərdiyi şücaət nəticəsində əldə etdiyimiz qələbətarixi qələbədir. Münaqişənin həlli həm Azərbaycan, həm dəermənistan üçün vacib idi. İşğalçıları tərəfindən dağıdılmıştorpaqlarda bərpa işləri aparılır. İnfrastruktur nəqliyyat vədigər sahələrdə vacib işlər görülür. Bunlardan biri dəZəngəzur dəhlizin inşasına başlamağımızdır. Bu dəhlizininşası Azərbaycan üçün yeni imkanlar yaradacaq. NaxçıvanMuxtar respublikası ilə Türkiyə birləşir yeni nəqliyyatdəhlizinin yaranması yeni geniş imkanlar yaradacaq. Torpaqlarımız bərpa olunur
Məlumdur ki, 2 dövlət arasında davam edən bu münaqişə xüsusilədə Ermənistan dövlətinin təxribat xarakterli əməlləri regionda sülhün və inkişafın qorunub saxlanılmasına da ciddi ziyan vururdu. Artıq regionda sülhü və inkişafı təmin etməyin vaxtıdır. Şanlı qələbəmiz nəticəsində Ermənistan dövlətinin bütün təxribatlarının qarşısı birdəfəlik alındı. Regionda yeni nəqliyyat yollarının çəkilməsi üçün şərait yarandı. Tarixi torpağımız olan Zəngəzur dəhlizi üzərində fəal çalışmalara başlanılıb. Zəngəzur dəhlizindən keçən nəqliyyat layihələri bütün türk dünyasını birləşdirəcək, həmçinin digər dövlətlərdə bu dəhlizindən istifadə edə biləcək . Baş verən bütün bu proseslər bizim tarixə keçən 44 günlük müharibəmiz sonunda əldə olunan qələbəmizin nəticəsidir. Bizim qələbəmiz bütün türk dünyası eləcədə digər dövlətlər üçün yeni əlverişli imkanlara qapı açdı.
Məmmədova Simranə
Nəsimi rayon gənci



