Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın general-leytenant Artak Davtyanın Baş Qərargah rəisi təyin edilməsi barədə vəsatətini geri qaytarıb.
Veteninfo.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Sarkisyan sənədi hökumətə öz etiraz qeydləri ilə birgə qaytarıb.



