Bu gün Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşüb.
Vətəninfo.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.
Danışıqlar Sarkisyanın başlatdığı siyasi qüvvələrlə görüş təşəbbüsü çərçivəsində baş tutub.
Ermənistan prezidenti və baş nazir ölkədəki mövcud vəziyyəti, siyasi böhrandan çıxmaq yollarını müzakirə ediblər. Bu çərçivədə həll yolu olaraq erkən parlament seçkilərinin keçirilməsi məsələsinə toxunulub.
***
Ermənistan prezidenti Armen Sarkisyan bu gün baş nazir Nikol Paşinyanla görüşəcək.
Vətəninfo.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, siyasi qüvvələr tərəfindən irəli sürülmüş təşəbbüs çərçivəsində prezident və baş nazir müzakirə aparacaqlar.
"Mənim addımım” və "Parlaq Ermənistan” fraksiyaları prezidentlə görüşməyə hazır olduqlarını elan ediblər, müxalif "Vətənin qurtuluşu hərəkatı” müəyyən şərtlərlə danışıqlarda iştirak etməyə razılaşıb. "Çiçəklənən Ermənistan” fraksiyası hələ də öz mövqeyini açıqlamayıb.
Xatırladaq ki, Ermənistan prezidenti görüşü martın 13-də yerli vaxtla saat 12:00-da keçirməyi təklif etmişdi. Siyasi qüvvələr müzakirəyə hazır olduqlarını martın 11-i saat 18:00-dək bildirə bilərdilər.



