Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərar verib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Vətəninfo.az-a bildirilib ki, Qərarda deyilir:
"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.
Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək
-2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
-10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
-17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
-24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
-1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
-8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
-15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
-22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
-29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.



