Azərbaycan Tibb Universiteti (ATU) universitetdə kütləvi şəkildə koronavirusa yoluxma hallarının yayılması barədə məlumatı şərh edib.
Veteninfo.az-ın məlumatına görə, şəhdə bildirilir ki, universitet tələbələr arasında kütləvi yoluxma yoxdur.
"İndiyə qədər COVİD-19 yalnız ATU-nun bir fakültəsində-I Müalicə-profilaktika fakültəsinin altı qrupunda təhsil alan bir neçə nəfərdə tapılıb. Bu qruplar distant təhsilə keçiriliblər. Digər fakültələrimizdən heç birində yoluxma halları qeydə alınmayıb.
ATU-nun bütün tədris otaqları mütəmadi olaraq dezinfeksiya edilir. Klinik baza üzrə əyani məşğələlərə gələn hər bir tələbənin temperaturu ölçülür", - deyə şəhdə qeyd olunur.



