Birinci Qarabağ müharibəsində iştirak etmiş erməni general-mayor Arkadi Ter-Tadevosyan ölüb.
Vətəninfo.az Ermənistan KİV-ə istinadən bildirir ki, bunu onun silahdaşı polkovnik Ara Muradyan deyib.
O, 82 yaşında ölüb. Arkadi Ter-Tadevosyanın xəstəxanaya yerləşdirilməsi barədə şayiələr dolaşsa da, onun diaqnozu açıqlanmırdı.
Qeyd edək ki, "Komandos” ləqəbli A.Ter-Tadevosyan Xocalı soyqırımının əsas təşkilatçılarından biri olub. O, 1992-ci ilin may ayında Şuşanın işğalı əməliyyatına da rəhbərlik edib.



